Sosial
Kişinevdə 33-cü Beynəlxalq Opera Festivalı keçirildi - FOTO

Moldovanın paytaxtı Kişinevdə dünya opera sənətinin görkəmli simalarından olan Mariya Biyeşunun 90 illik yubileyinə həsr olunmuş 33-cü Beynəlxalq Opera Festivalı baş tutub.
Publika.az xəbər verir ki, müxtəlif ölkələrin tanınmış opera səhnələrinin ulduzlarını bir araya toplayan festivalda 12 ölkədən 20 xüsusi qonaq - Fransa, Almaniya, Ukrayna, Yunanıstan, Azərbaycan, Çili, Kuba, Polşa, İtaliya, Rumıniya, Holland və İspaniyadan dirijor və müğənnilərlə bərabər Moldova Milli Opera Teatrının aparıcı solistləri, simfonik orkestri, xoru və balet truppasının iştirakı ölkənin önəmli mədəni hadisələrindən birinə çevrilib.
Cüzeppe Verdinin “Bal maskarad” operası ilə başlanan festivalın proqramında təqdim olunan “Yevgeniy Onegin”, “Sevgi şərbəti”, və “Turandot” kimi böyük səhnə əsərləri ilə bərabər "Don Kixot” və “Romeo və Cülyetta” baletləri də festivalda xüsusi maraqla qarşılanıb.
Festivalın ən gözlənilən hadisələrindən biri 4 ölkənin ifaçılarının bərabər səhnələşdirdikləri C. Puççinin “Turandot” operası oldu. Azərbaycan Dövlət Opera və Balet Teatrının baş dirijoru, Respublikanın Əməkdar artisti, Bakı Musiqi Akademiyasının dosenti Əyyub Quliyevin idarə etdiyi tamaşada Fransadan dəvət olunmuş soprano Kristel di Marko və tenor Diyeqo Qodoyun (Çili) ifaları ayaqüstə alqışlarla qarşılanıb. Moldova Milli Opera Teatrının müğənniləri, xoru və simfonik orkestrinin iştirakı operaya daha da rəng qatıb.
Tamaşada Azərbaycanın Moldovada Fövqəladə və Səlahiyyətli səfiri Ülvi Baxşəliyev, Moldova Milli Opera Teatrının direktoru Nikolau Doxotaru, Milli Filarmoniyanın müdiri Svetlana Bivol və Moldova Radio Simfonik Orkestrinin bədii rəhbəri Georgiy Mustya dinləyicilərin arasında xüsusi qonaq qismində iştirak ediblər. Festival 5 oktyabrda təntənəli qala konsert proqramı ilə başa çatıb.
-
Sosial14:02
Pensiyalarla bağlı yeni qaydalar təsdiq edildi - Nə olacaq?
-
İdman13:50
Bekhemin dəbdəbəli kolleksiyası: Birinin qiyməti 1 milyon dollardan çoxdur - FOTOLAR
-
Rəsmi xronika13:48
Qəbələdə Zirvə Görüşü: İlham Əliyev tədbirdə çıxış etdi - YENİLƏNDİ
-
Region13:23
Köçəryan Paşinyanı hədələdi: Bunu etsən, inqilab olacaq
-
Rəsmi xronika12:25
İlham Əliyev Berdiməhəmmədov ilə görüşdü - FOTO
-
Sosial12:02
AZAL-ın idarə rəisi vəfat etdi
-
Hadisə11:24
Sərxoş kişini sancan gürzə dərhal öldü: Arvadının qarşısına elə fakt qoydu ki...
-
Hadisə11:12
DYP Şabranda baş verən ağır qəzanın görüntülərini yaydı - VİDEO