Sosial
FHN “Konstitusiya və Suverenlik İli”nə həsr olunan silsilə tədbirlər keçirdi

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti Şimal-qərb və Aran Regional Dövlət Yanğın Nəzarəti idarələrində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunması ilə bağlı tədbirlər keçirib.
Bu barədə Publika.az-a qurumun Mətbuat xidmətindən bildirilib.
Tədbirlərdə çıxış edən natiqlər bildiriblər ki, Azərbaycan dövləti Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq, qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir. Tarixin müxtəlif mərhələlərində kənar müdaxilələrə, məhrumiyyətlərə baxmayaraq, xalqımız milli kimliyini, mübarizə ruhunu qoruyub saxlayıb, öz ideallarına həmişə sadiq qalıb və XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa edib. 1993-cü ildə xalqın təkidi və tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci ildə müstəqil Azərbaycanın ilk milli Konstitusiyası hazırlanaraq ümumxalq səsverməsi ilə qəbul olunub. Bu il Konstitusiyamızın qəbul edilməsinin 30 ili tamam olur. Dövlətimizin başçısının Sərəncamı bu baxımdan da əlamətdardır.
Çıxışlarda, həmçinin ölkəmizin suverenliyinin bərpasının xalqımızın çoxəsrlik dövlətçilik tarixinə qızıl hərflərlə yazıldığı qeyd olunub. Vurğulanıb ki, möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 2023-cü ilin sentyabrında cəmi 23 saat davam edən antiterror tədbirləri nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa olunub.
-
İdman15:40
Ən gözəl seçki: Bu iki xanım prezident olmaq istəyir - FOTOLAR
-
Rəsmi xronika15:31
TDT-nin Qəbələ Bəyannaməsi qəbul edildi
-
İdman14:32
Azərbaycan millisinin sabiq üzvündən erməniyə: Bu eybəcərliyi Qafqazın hansı ölkəsində öyrənibsən?
-
Sosial14:02
Pensiyalarla bağlı yeni qaydalar təsdiq edildi - Nə olacaq?
-
İdman13:50
Bekhemin dəbdəbəli kolleksiyası: Birinin qiyməti 1 milyon dollardan çoxdur - FOTOLAR
-
Rəsmi xronika13:48
Qəbələdə Zirvə Görüşü: İlham Əliyev tədbirdə çıxış etdi - YENİLƏNDİ
-
Region13:23
Köçəryan Paşinyanı hədələdi: Bunu etsən, inqilab olacaq
-
Rəsmi xronika12:25
İlham Əliyev Berdiməhəmmədov ilə görüşdü - FOTO