DYP Şabranda baş verən ağır qəzanın görüntülərini yaydı - VİDEO
Bizi izləyin

Hadisə

DYP Şabranda baş verən ağır qəzanın görüntülərini yaydı - VİDEO

Baş Dövlət Yol Polisi İdarəsi ötən gün Şabranda baş verən ağır qəzanın görüntülərini yayıb.

Bu barədə Publika.az-a Baş Dövlət Yol Polisi İdarəsi məlumat verilib.

Bildirilib ki, Bakı–Quba avtomobil yolunun 136-cı kilometrliyində ağır yol-nəqliyyat hadisəsi baş veib.

İlkin ehtimala əsasən, yüksək sürətlə idarə olunan "Mercedes" markalı avtomobilin sürücüsü manevr qaydasını pozaraq idarəetməni itirib, nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq ağaclara çırpılıb.

Hadisə nəticəsində avtomobilin sürücüsü hadisə yerində dünyasını dəyişib, sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri almışdır.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm