Sosial
Güloğlular kəndində əlamətdar gün - FOTO
Bərdə rayonunun Güloğlular kəndində su təchizatının yaradılması münasibəti ilə mərasim təşkil olunub.
Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) məlumat verilib.
Bildirilib ki, mərasimdə Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin müavini İlham Bayramov, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədri Zakir Quliyev, Agentliyin və Bərdə Rayon İcra Hakimiyyətinin nümayəndələri, şəhid ailələri və kənd sakinləri iştirak ediblər.
Çıxışlar zamanı bildirilib ki, Güloğlular kənd sakinləri bu gün keyfiyyətli və dayanıqlı içməli su ilə təmin olunurlar. Qeyd olunub ki, kənddə su təchizatının yaradılması layihəsi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) tərəfindən həyata keçirilib. Bunun üçün əhalinin keyfiyyətli içməli suya əlçatanlığının təmin edilməsi məqsədi ilə mövcud subartezian quyusu bərpa edilib.
Bərpa edilən subartezian quyusunun suyunun cod olması səbəbindən suyun keyfiyyətinin yaxşılaşdırılması nəzərə alınaraq gün ərzində məhsuldarlığı 50 kub metr olan membran texnologiya əsaslı tərs-osmos tipli modul sutəmizləyici qurğular kompleksi quraşdırılıb. Modul tipli sutəmizləyici qurğudan emal edilən keyfiyyətli suyun əhalinin istifadəsinə çatdırılması üçün 1.5 km uzunluğunda su xətti çəkilib. Əhaliyə verilən içməli suyun təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə suyun zərərsizləşdirilməsi də qurğuda nəzərdə tutulub.
Kənd sakinləri göstərilən qayğıya görə Prezident İlham Əliyevə təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, Güloğlular kəndində 712 fərdi yaşayış evi olmaqla 3178 nəfər içməli su ilə təmin olunub.
-
Ekologiya07:15Böyükşor gölü ətrafında havada nə problem var? - Nazirlik vəziyyəti araşdıracaq
-
Qoroskop02:00Günün ulduz falı: Planlarınızı yenidən nəzərdən keçirin!
-
MDB01:40Şoyqunu öldürmək istəyənlər saxlanıldı: Biri qadındır
-
Hadisə01:20Moskvada azərbaycanlı ər arvadını xilas edərkən yanıb öldü
-
İdman17 Noyabr 23:35Futbolçular arasında kütləvi dava: Polis bibər qazı tətbiq etdi - FOTO
-
Kriminal17 Noyabr 22:58Milyonluq mülklər, surroqat ana, əcnəbi dayələr... - Bakıda lüks həyat yaşayan cütlük məhkəmədə
-
Dünya17 Noyabr 21:49Mədinədə dəhşətli qəza: 45 zəvvar öldü - VİDEO
-
Avropa17 Noyabr 21:00Onlayn mağazadan dərman alan 27 nəfər öldü









.jpg)




























