Magazin1
"Real"ın futbolçusunun evləndiyi xanım Vəfa Zeynalovanın qızıdır? - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, “Real Madrid” futbol klubunun müdafiəçisi Din Heysenin qardaşı Daimen Heysen azərbaycanlı xanımla ailə həyatı qurub.
Publika.az xəbər verir ki, İspaniyada keçirilən toy məclisində Əməkdar artist Vəfa Zeynalova da yer alıb. Gəlinin adının Lalə olması isə aktrisa ilə bağlı dedi-qoduların yaranmasına səbəb olub. Belə ki, sosial şəbəkədə Daimenin V.Zeynalovanın qızı Lalə ilə evləndiyi xəbərləri yayılıb.
Əməkdar artist Publika.az-a bildirib ki, sosial şəbəkələrdə yayılan məlumat həqiqəti əks etdirmir:
"Daimen Heysen mənim qızımla yox, rəfiqəmin qızıyla evlənib. Düzdür, mənim qızımın da adı Lalədir".
Qeyd edək ki, gəlin sabiq futbolçu Emin Məmmədovun bacısı Lalə Məmmədovadır.
-
ABŞ02:00Tramp İrana qarşı nüvə silahından istifadə etmək istəyir
-
Dünya01:50ABŞ qüvvələri İrandakı hədəflərə zərbələr endirir - CENTCOM
-
Dünya01:31İranda partlayış səsləri eşidildi - ABŞ zərbələrə başladı?
-
Qoroskop01:20Günün ulduz falı: uzunmüddətli səyahətlər gündəminizə gələ bilər
-
Hadisə10 İyun 23:55Gəncədə kütləvi dava - Xəsarət alanlar var
-
ABŞ10 İyun 21:51Bu gün İranı yenidən sərt şəkildə vuracağıq - Tramp elan etdi
-
Art10 İyun 21:00"Yaşıl Teatr" və Bələdiyyə Teatrı meriyadan alındı
-
Nida Xəbər 10 İyun 20:34Bu institut ləğv edilir - Qərar





































