Sosial
Azərbaycanda orta aylıq əməkhaqqı bu qədər artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı ötən ilin eyni dövrünə nisbətən 9,7 % artaraq 1 094 manat təşkil edib.
Publika.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.
Sentyabrın 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 764,9 min nəfər təşkil edib, onlardan 855,3 min nəfəri iqtisadiyyatın dövlət, 909,6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Muzdla işləyənlərin 19 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 18 %-i təhsil, 13,9 %-i sənaye, 8,6 %-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,8 %-i tikinti, 6,3 %-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,2 %-i nəqliyyat və anbar təsərrüfatı, 3,9 %-i peşə, elmi və texniki fəaliyyət, 2,4 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,3 %-i maliyyə və sığorta fəaliyyəti, 14,6 %-i isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.
-
ABŞ19:00
ABŞ Meksika ilə sərhəddə “ağıllı divar” tikir - 4,5 milyard dollar xərclənəcək
-
Nəqliyyat18:40
22 yolda tıxac yarandı - Siyahı
-
Kriminal17:43
Nəzrinin ölümünə görə həbs edilən həkimə hökm oxundu
-
Səhiyyə17:15
Oqtay Şirəliyevin yerinə bu şəxs seçildi - FOTO
-
MDB16:58
Putindən AZAL təyyarəsi ilə bağlı açıqlama: Tezliklə...
-
Cənubi Qafqaz16:16
Əliyevlə Paşinyan Düşənbədə nəyi müzakirə edib? - FOTO
-
Rəsmi xronika15:41
İlham Əliyev rəsmi qəbulda iştirak etdi - FOTO
-
Nida Xəbər 13:30
Bakı ilə İrəvan mütləq bunu etməlidir - Paşinyan açıqladı