Sosial
FHN-in Akademiyasında buraxılış mərasimi keçirildi - FOTO

Oktyabrın 10-da Fövqəladə Hallar Nazirliyinin Akademiyasında gənc kursantların hərbi andiçmə və məzunların təntənəli buraxılış mərasimi keçirilib.
Mərasimdə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov, nazir müavinləri və Nazirliyin məsul vəzifəli şəxsləri, FHN yanında İctimai şuranın üzvləri, FHN Akademiyasının müəllim və professor heyəti, kursantları və onların valideynləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə, mərasim iştirakçıları Fövqəladə Hallar Nazirliyinin Akademiyasının həyətində ucaldılmış Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, Ümummilli Liderin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Fövqəladə Hallar Nazirliyinin Akademiyasının bayrağı təntənəli surətdə meydana gətirilib.
Daha sonra Fövqəladə Hallar Nazirliyinin Akademiyasına yeni qəbul olmuş kursantlar hərbi and içiblər.
Mərasimdə çıxış edən fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov kursantları, məzunları və onların valideynlərini təbrik edib. Mərasimin ölkəmiz və xalqımız üçün tarixi əhəmiyyətə malik hadisələrin baş verdiyi dövrə təsadüf etdiyini vurğulayan nazir xatırladıb ki, bu il xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən 44 günlük Vətən müharibəsində qazanılmış misilsiz Zəfərin 5 ili tamam olur. Nazir Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə rəşadətli Ordumuzun qazandığı tarixi Qələbənin 5-ci ildönümü münasibətilə mərasim iştirakçılarını təbrik edib.
K.Heydərov Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə təhsilin inkişafına xüsusi diqqət yetirdiyini qeyd edərək, Dahi Rəhbərin bu istiqamətdə misilsiz fəaliyyətindən danışıb.
Diqqətə çatdırıb ki, Ulu Öndər Heydər Əliyevin mütərəqqi siyasətinin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev təhsilin daim müasirləşməsi və inkişafına böyük diqqət yetirir, ölkə başçısının təşəbbüsü ilə digər sahələrdə olduğu kimi təhsil sahəsində də uğurlu islahatlar reallaşdırılır. Bu çərçivədə, bu gün kursantlarının hərbi andiçmə və məzunlarının buraxılış mərasiminin keçirildiyi Fövqəladə Hallar Nazirliyinin Akademiyasının məhz cənab Prezidentin imzaladığı müvafiq Sərəncamla yaradıldığını xatırladan nazir, dövlət başçısının diqqət və qayğısı sayəsində Akademiyanın ən müasir maddi-texniki imkanlara, peşəkar kadr potensialına və geniş beynəlxalq əlaqələrə malik təhsil ocağı kimi nüfuz qazandığını qeyd edib.
Nazir Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın ölkəmizdə təhsilin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində yorulmaz fəaliyyətindən danışıb, həyata keçirilən layihələrin əhəmiyyətini vurğulayıb.
Ali dövlət qayğısı sayəsində Akademiyada yaradılmış şəraitdən bəhrələnərək kursantların dərin biliklərə yiyələnib daha qüdrətli Azərbaycana layiq vətənpərvər və yüksək ixtisaslı zabitlər kimi ləyaqətlə xidmət edəcəklərinə əminliyini ifadə edən nazir, bu şərəfli yolda onlara uğurlar arzulayıb.
Sonra çıxış edən valideyn Eldəniz Tağıyev məzun və kursantları valideynlər adından təbrik edərək uğurlar arzulayıb, Akademiyada yaradılmış gözəl şəraitə görə təşəkkür edib.
Daha sonra mərasim Fövqəladə Hallar Nazirliyinin müvafiq əmri ilə “leytenant” hərbi və xüsusi rütbələri verilmiş məzunlara diplomların təqdim olunması ilə davam etdirilib.
Akademiyanı əla qiymətlərlə bitirmiş məzun leytenant Əli Əliyev Akademiya məzunlarının buraxılış rəmzi olan xatirə lövhəsini “Yaş kötüyü”nə vuraraq məzun yoldaşları adından and içib.
Məzunlar Akademiyanın bayrağı ilə vidalaşaraq onu IV kurs kursantlarına təhvil veriblər.
Fövqəladə Hallar Nazirliyinin Akademiyasının bayrağı altında şəxsi heyətin təntənəli keçidi ilə mərasim başa çatıb.






-
ABŞ19:00
ABŞ Meksika ilə sərhəddə “ağıllı divar” tikir - 4,5 milyard dollar xərclənəcək
-
Nəqliyyat18:40
22 yolda tıxac yarandı - Siyahı
-
Kriminal17:43
Nəzrinin ölümünə görə həbs edilən həkimə hökm oxundu
-
Səhiyyə17:15
Oqtay Şirəliyevin yerinə bu şəxs seçildi - FOTO
-
MDB16:58
Putindən AZAL təyyarəsi ilə bağlı açıqlama: Tezliklə...
-
Cənubi Qafqaz16:16
Əliyevlə Paşinyan Düşənbədə nəyi müzakirə edib? - FOTO
-
Rəsmi xronika15:41
İlham Əliyev rəsmi qəbulda iştirak etdi - FOTO
-
Nida Xəbər 13:30
Bakı ilə İrəvan mütləq bunu etməlidir - Paşinyan açıqladı