Sosial
Bakıda polisə silahlı müqavimət göstərən şəxs saxlanıldı

Bakıda polisə kəsici alətlə müqavimət göstərən şübhəli şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətindən Publika.az-a verilən məlumata görə, gecə saatlarında narkotik vasitələrlə əlaqəli şübhəli şəxs saxlanılarkən cinayət təqibindən yayınmağa çalışıb.
Əvvəllər dəfələrlə məhkum olunan 1986-cı il təvəllüdlü Rahib Məmmədov əlindəki kəsici alətlə (rezakla) polis əməkdaşlarına müqavimət göstərib.
Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, şübhəli müqaviməti davam etdirdiyinə görə polis tərəfindən xidməti tabel silahı tətbiq edilməklə zərərsizləşdirilib. Ona ilkin tibbi yardım göstərilməklə müvafiq xəstəxanaya yerləşdirilib.
Onun üzərindən külli miqdarda narkotik vasitə aşkarlanaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanıb.
-
ABŞ19:00
ABŞ Meksika ilə sərhəddə “ağıllı divar” tikir - 4,5 milyard dollar xərclənəcək
-
Nəqliyyat18:40
22 yolda tıxac yarandı - Siyahı
-
Kriminal17:43
Nəzrinin ölümünə görə həbs edilən həkimə hökm oxundu
-
Səhiyyə17:15
Oqtay Şirəliyevin yerinə bu şəxs seçildi - FOTO
-
MDB16:58
Putindən AZAL təyyarəsi ilə bağlı açıqlama: Tezliklə...
-
Cənubi Qafqaz16:16
Əliyevlə Paşinyan Düşənbədə nəyi müzakirə edib? - FOTO
-
Rəsmi xronika15:41
İlham Əliyev rəsmi qəbulda iştirak etdi - FOTO
-
Nida Xəbər 13:30
Bakı ilə İrəvan mütləq bunu etməlidir - Paşinyan açıqladı