Sosial
FHN silsilə maarifləndirmə tədbirləri keçirdi

Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.
Belə ki, FHN-in Dövlət Yanğın Nəzarəti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin mütəxəssislərinin də iştirakı ilə Bakı Regional Mərkəzi (RM) tərəfindən Bakı şəhərinin Xəzər rayon 262, Nizami rayon 312, Binəqədi rayon 246, Pirallahı rayon 186 və 243 nömrəli orta məktəblərində, Sumqayıt RM tərəfindən Abşeron rayonunda yerləşən Hökməli Ailə Sağlamlıq Mərkəzində, Cənub RM tərəfindən Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində və Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecində, Gəncə RM tərəfindən Ağstafa rayonu Eynallı kənd tam orta məktəbində, Şimal-qərb RM tərəfindən Şəki rayonunun Birinci Biləcik kənd və İkinci Biləcik kənd, Şamaxı rayonunun Kərkənc kənd və Göylər kənd 2 nömrəli tam orta məktəblərində, eləcə də Şəki rayonunun Baş Zeyzid və Kiş kəndlərində, Qarabağ RM tərəfindən Ağdam rayonu 91 nömrəli və Tərtər rayon Seydimli kənd tam orta məktəblərində, Muğan RM tərəfindən Salyan regional “ASAN xidmət” mərkəzində və Salyan rayonu Ərəbqardaşbəyli kənd tam orta məktəbində, Aran RM tərəfindən Göyçay rayonu Bığır kənd 3 nömrəli və Ağdaş rayon Dəhnəxəlil kənd tam orta məktəblərində, Şimal RM tərəfindən Dövlət Sərhəd Xidmətinin “N” saylı hərbi hissəsində və Qusar rayon Uşaq-Gənclər İnkişaf Mərkəzində maarifləndirmə tədbiriləri keçirilib.
Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.
Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğın və sellə bağlı zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.
İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.




-
MDB20:24
Putin və Tramp Macarıstana birlikdə gedəcək?
-
ABŞ19:50
Bu ölkə ABŞ-dakı səfirini geri çağırdı
-
Dünya18:30
Türkiyə Haniyənin ailə üzvlərini Qəzzadan çıxarıb
-
İdman18:10
“Qarabağ” İspaniyaya yollandı - Fotolar
-
Sosial17:26
Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ
-
Rəsmi xronika16:32
İlham Əliyev Qazaxıstana getdi
-
Sosial15:02
Aqil Ələsgərin həyat yoldaşı intihara cəhd etdi
-
Sosial14:45
Məcburi eniş edən təyyarənin sərnişinləri Bakıya çatdı