Hadisə
Rusiya AZAL-ın təyyarəsi ilə bağlı məlumat yaydı: Havaya qalxdıqdan sonra...
Xəbər verdiyimiz kimi, uçuş təhlükəsizliyini təmin etmək məqsədilə “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus “Airbus A320” təyyarəsinin kapitanı Sankt-Peterburq-Bakı marşrutu üzrə J2-020 nömrəli reysi yerinə yetirərkən texniki səbəbdən geri qayıdaraq Pulkovo Hava Limanına eniş etməyə qərar verib.
Publika.az xəbər verir ki, bu, Rusiya İstintaq Komitəsinin Qərb Regionlararası Nəqliyyat İstintaq İdarəsinin hadisənin təfərrüatı barədə yaydığı məlumatda əksini tapıb.
Bildirilib ki, “Airbus A320” təyyarəsinin Pulkovo hava limanına təcili eniş etməsinə səbəb havaya qalxdıqdan sonra şassinin (təyyarənin eniş və qalxış zamanı dayanıqlığını təmin edən, təkərlərlə təchiz edilmiş daşıyıcı konstruksiya) tam şəkildə geri çəkilməsinə mane olan texniki nasazlıq olub.
Xatırladaq ki, göyərtəsində 162 nəfərin olduğu təyyarə təhlükəsiz şəkildə təcili eniş edib. Hadisə zamanı təyyarə uçuş-enmə zolağından çıxsa da, sərnişinlər və ekipaj üzvləri xəsarət almayıb, təyyarə zədələnməyib.
Hadisədən sonra hava limanının fəaliyyəti müvəqqəti dayandırılıb, lakin qısa müddət sonra uçuşlar bərpa olunub. Hazırda müstəntiqlər hadisə yerinə baxış keçirir, baş vermiş insidentin bütün halları və əsas səbəbləri araşdırılır.
Adəm
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır






.jpg)
.jpg)



.png)


























