Ronaldonun oğlunun saat kolleksiyası üzə çıxdı: Ən bahalı modelin qiyməti... - FOTOLAR
Bizi izləyin

İdman

Ronaldonun oğlunun saat kolleksiyası üzə çıxdı: Ən bahalı modelin qiyməti... - FOTOLAR

"Əl-Nəsr"in ulduzu Kriştiano Ronaldonun oğlu Kriştiano Junior artıq əfsanəvi atasına yaraşacaq dəyərdə dəbdəbəli saat kolleksiyasına sahibdir.

Publika.az xəbər verir ki, onun kolleksiyasında "Hublot", "Jacob & Co" və "Rolex" kimi brendlərin eksklüziv modelləri yer alır. Hər biri gənc futbolçunun zövqünü və lüks aksessuarlara olan marağını əks etdirir.

Fotolar Kriştiano Juniorun yaxın dostu, Səudiyyə Ərəbistanının gənclər millisinin futbolçusu Navaf Naci tərəfindən Ronaldonun Ər-Riyadda yerləşən evində çəkilib.

Saatların ümumi dəyəri 637 000 dollardır. Kolleksiyadakı ən bahalı saat dəyəri 550 000 dollar olan "Rolex GMT Master II "116769TBR" modelidir. Bundan başqa o, 33 000 dollarlıq "Jacob & Co Epic X Chrono 3 Dial Camo", 30 000 dollarlıq "Hublot Big Bang Chrono Diamonds" və 24 000 dollarlıq "Hublot Classic Fusion King Gold" saatlarına sahibdir.

Kriştiani Junior atasının yolu ilə inamla gedir. Təkcə meydanda deyil, həm də kənarda, özünəməxsus, nadir və bahalı aksesuarlarla fərqlənərək diqqət çəkir.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm