İlkin Süleymanovun vəkili saxlanıldı
Bizi izləyin

Sosial

İlkin Süleymanovun vəkili saxlanıldı

Gəncədə tanınmış vəkil saxlanılıb.

Publika.az APA-ya istinadla xəbər verir ki, tanınmış vəkil Zabil Qəhrəmanovun ötən gün saxlanıldığı bildirilir.

Məlumata görə, Z.Qəhrəmanov Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Vəkilin hansı səbəbdən saxlanılması məlum deyil.

Qeyd edək ki, bir qədər əvvəl Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarına əsasən Zabil Qəhrəmanovun vəkiliyinin 6 ay müddətinə dayandırılması barədə qərar qəbul olunub.

Xatırladaq ki, Z.Qəhrəmanov Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın qətlində təqsirli bilinən İlkin Süleymanovun vəkilidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm