Sosial
I Qarabağ müharibəsinin şəhidləri Suraxanıda dəfn olundu - FOTO
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və nəşinin qalıqları 33 il sonra tapılan şəhidlərimiz Abbasov Rəfael Sultan oğlu, Əliyev Əliyar Fərrux oğlu, Bayramov Azər Zirəddin oğlu və Mehdiyev İlham İmdad oğlu Suraxanı rayonu Dədə Qorqud Şəhidlər xiyabanında dəfn olunublar.
Publika.az xəbər verir ki, dəfn mərasimində Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, YAP Sabunçu Rayon Təşkilatının sədri Azər Xudadanov, YAP Xətai Rayon Təşkilatının sədri Ramil Mirzəyev, rayonların hüquq-mühafizə orqanlarının rəhbərləri, Müdafiə, Daxili İşlər, Fövqəladə Hallar nazirliklərinin əməkdaşları, şəhid ailələri, müharibə istirakçıları və rayon ictimaiyyəti iştirak ediblər.
Adil Əliyev çıxış edərək Azərbaycan Ordusunun Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyi şanlı Qələbədən danışıb, Birinci Qarabağ müharibəsi qəhrəmanlarının missiyasının uğurla tamamlandığını bildirib. O, döyüş meydanında qazanılan Zəfər nəticəsində həm ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa olunduğunu, həm də başımıza gətirilən müsibətlərin qisasının alındığını diqqətə çatdırıb.
Şəhidlərimiz yaylım atəşi və hərbi orkestrin müşayiəti ilə Azərbaycanın Dövlət Himninin sədaları altında torpağa tapşırılıblar. Onların ruhuna dualar oxunub, məzarları üzərinə əklil qoyulub, gül dəstələri düzülüb.
Tabutların büküldüyü Azərbaycanın Dövlət Bayraqları şəhidlərin yaxınlarına təqdim olunub.
Dəfn mərasimindən sonra ehsan süfrəsi açılıb.
![]()
![]()
-
İdman12:46Yamalın Şakiranın evini almasının əsl səbəbi: Nədən qorxub? - FOTOLAR
-
Nida Xəbər 12:15Mehdiyev işi: Baş redaktor saxlanıldı - FOTO
-
Cənubi Qafqaz11:43“Bakı və İrəvana təhdid eyni yerdəndir” - Paşinyandan şok açıqlama
-
İdman11:24Dünyanın ən seksual idmançısı tətil FOTOLARI ilə fanatlarını heyran etdi
-
Nida Xəbər 11:18DTX bu rayonda əməliyyat keçirir - İcra başçısı saxlanıldı
-
Nida Xəbər 10:45Ramiz Mehdiyevə məxsus bu müəssisə çökdü
-
MDB10:24Rusiyada toy kortejində atəş açanlar azərbaycanlılar olub: Saxlanıldılar
-
Maraq dünyası09:42Alimlər şad xəbəri çatdırdı: Yeni Yer tapıldı - Həyat üçün bütün şərtlər var







.jpg)






.jpg)













.jpg)




