Sosial
Kəlbəcərdə köməksiz vəziyyətdə qalan azyaşlı xilas edildi - VİDEO
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Kəlbəcər şəhəri, Yeni Yaşayış massivində yerləşən dördmərtəbəli binanın ikinci mərtəbəsində azyaşlının mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Bu barədə Publika.az-a qurumun Mətbuat xidmətindən bildirilib.
Məlumatla əlaqədar dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti Kəlbəcər Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunub.
Xüsusi vasitələrdən istifadə edərək mənzilə daxil olan yanğınsöndürən-xilasedicilər mənzildə köməksiz qalmış 2023-cü il təvəllüdlü azyaşlını xilas edərək valideynlərinə təhvil veriblər.
-
Hadisə16:04"Land Rover" parklanmış 3 maşını aşırdı
-
Rəsmi xronika15:15Bu rayonun icra başçısı vəzifəsindən azad edildi
-
Sosial14:38Qabil, Tural, Məhəmməd Bakıya gətirilir
-
Sosial14:11Gültəkin Hacıbəyli ölkədən qaçıb
-
Dünya13:50Proses başladı: Milyonlarla insan işsiz qalacaq!
-
Sosial13:14DTX icra başçısını buna görə saxlayıb - Sensasion detallar
-
İdman12:46Yamalın Şakiranın evini almasının əsl səbəbi: Nədən qorxub? - FOTOLAR
-
Nida Xəbər 12:15Mehdiyev işi: Baş redaktor saxlanıldı - FOTO





























.jpg)




