Dünya
Trampın hədəsinin nəticəsi: Pakistan ilk dəfə ABŞ-dan neft aldı
Pakistan hökumətlərarası ticarət sazişi çərçivəsində ABŞ-dan "West Texas Intermediate" (WTI) yüngül xam neftin üç hissəli tədarükün birincisini alıb.
Publika.az xəbər verir ki, bu barədə "Dawn" qəzeti məlumat yayıb.
Bildirilir ki, Pakistanın neft emalı şirkəti "Cnergyico PK" nefti amerikalı treyder "Vitol"dan alıb. "Pegasus" tankeri Bəlucistan əyalətinin Kəraçi limanına bir milyon barel neft çatdırıb ki, bu da Pakistanın xam neft idxalının şaxələndirilməsində mühüm mərhələ olub. Bundan sonra ABŞ-la ticarətin artacağı gözlənilir. Qeyd edək ki, əvvəllər İslamabad karbohidrogenləri Yaxın Şərqdən idxal edirdi.
1 milyon barellik ABŞ xam neftinin ikinci tədarükünün noyabrın ortalarında, üçüncünün isə 2026-cı ilin əvvəlində həyata keçirilməsi planlaşdırılır. Bu neft tədarüklərinin Pakistanın ABŞ ilə ticarət balansını yaxşılaşdıracağı gözlənilir.
Xatırladaq ki, neft tədarükünə dair razılaşma Pakistan və ABŞ arasında aprel ayından bəri davam edən danışıqlardan sonra iyunun 30-da əldə edilib. Bu danışıqlar ABŞ prezidenti Donald Trampın Pakistan idxalına 29%-lik rüsum tətbiq etməklə hədələməsindən sonra başlayıb. Nəticədə, Pakistanın Maliyyə və Neft Nazirliyi yerli neft emalı zavodlarını Amerika xam neftinin idxalını nəzərdən keçirməyə çağırıb.
Adəm
-
Art19:48SSRİ Xalq artisti Yakub Əhmədov VƏFAT ETDİ - FOTO
-
Sosial19:24"Pulu kameranın altında say, sonra qaytar" - Yazıçının keçmiş xanımı belə aldadılıb
-
ABŞ19:00Stüardessalar arasında "QƏHVƏ SAVAŞI" - Təyyarə 4 saat ləngidi
-
Hadisə18:40Bağçada uşağı döyən dayə ilə bağlı QƏRAR VERİLDİ
-
Bilgi.az18:36Rauf Abdullayev xəstəxanaya yerləşdirildi - FOTO
-
Nida Xəbər 18:24Əli Əsədov yeni qərar imzaladı
-
Sosial17:13Əli Əsədov iki qərar imzaladı
-
Hadisə16:04"Land Rover" parklanmış 3 maşını aşırdı






























.jpg)




