Şok hesabat: Bu, hər dəqiqə bir nəfərin ölümünə səbəb olur
Bizi izləyin

Dünya

Şok hesabat: Bu, hər dəqiqə bir nəfərin ölümünə səbəb olur

Britaniyanın "The Lancet" tibb jurnalının hesabatına görə, hər il dünyada yarım milyondan çox insan həddindən artıq isti hava səbəbindən ölür.

Publika.az xəbər verir ki, jurnalın "İqlim və Sağlamlıq 2025" hesabatında 2012-2021-ci illər arasında hər il orta hesabla 546 min insanın həddindən artıq isti havadan öldüyü açıqlanıb.

Hesabata görə, isti hava ilə əlaqəli ölüm halları 1990-cı illərlə müqayisədə 23 faiz artıb. Avstraliyanın Sidney Universitetinin professoru Olli Ceyin sözlərinə görə, bu, hər dəqiqə təxminən bir ölüm deməkdir və bu rəqəm artmaqdadır.

Hesabatda həmçinin qeyd olunub ki, kömür istifadəsinin azalması son 10 ildə hər gün 400 min insanın həyatını xilas edib.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm