“Trendyol”dan ilin ən böyük endirim kampaniyası - "Noyabr20” kodu
Bizi izləyin

Sosial

“Trendyol”dan ilin ən böyük endirim kampaniyası - "Noyabr20” kodu

Dünyanın aparıcı elektron ticarət platformalarından biri və Türkiyənin əsas e-ticarət platforması “Trendyol” ilin ən böyük endirim kampaniyasına başlayır.

Hər il noyabr ayında keçirilən “Super alış-veriş günləri” bu il 6-11 noyabr tarixlərini əhatə edəcək.

Kampaniya məişət cihazlarından ev və mətbəx əşyalarına, moda və geyimdən baxım məhsullarına qədər 1500-dən artıq kateqoriyaya daxil olan məhsullara böyük endirimlər təqdim edir. “Super alış-veriş günləri” çərçivəsində müştərilər “Noyabr20” kodu ilə 20% endirimdən yararlana bilərlər.

Üstəlik, müxtəlif mağazalar kampaniya günlərində xüsusi endirimlər, eləcə də 20%, 30% və 40%-lik endirim kuponları təqdim edir.

Kampaniya alış-veriş səbətinə tətbiq edilən özəl endirimlərlə də hər kəsi sevindirəcək.

Noyabrı onlayn alış-veriş həvəskarları üçün unudulmaz edən “Trendyol”un fürsətləri bununla bitmir. “Ultra Çarx” və “Paylaş-Qazan” adlı interaktiv aksiyalar noyabr kampaniyasında müştərilərə əlavə kuponlar və bonuslar qazandırmağa davam edəcək.

Kampaniya dövründə “Trendyol” istifadəçiləri daha rahat ödəmə üsullarından yararlana biləcəklər. “Birbank” taksit kartı sahibi olan müştərilər ödəmələrini 2, 3, 6 hissəyə bölməklə və ya “İndi al, sonra ödə” imkanından istifadə etməklə həyata keçirə bilərlər.

Bununla yanaşı, kampaniya günlərində ilk 3 sifariş üçün çatdırılma pulsuz olacaq. Kampaniyanın reklam üzü Türkiyənin sevilən pop ulduzu Edisdir.

“Trendyol” bu endirim festivalını “Noyabr deyəndə Trendyol” şüarı ilə təqdim edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm