Sosial
Yanan binanın sakinlərinə TƏZMİNAT ayrıldı
Noyabrın 21-də yanğın baş vermiş Yasamal rayonu Mirəli Seyidov 19A ünvanında yerləşən binaya suyun verilişi bərpa edilib.
Publika.az xəbər verir ki, bu barədə həmin binada yaşayan jurnalist Heydər Mirzə məlumat yayıb.
O bildirib ki, dekabrın 16-da binanın 11-17-ci mərtəbələrinə elektrik verilişi bərpa ediləcək.
H.Mirzə əlavə edib ki, Nazirlər Kabinetinin 3 dekabr tarixli Sərəncamı ilə bina sakinlərinə təzminat ayrılıb. O, yaxın günlərdə sakinlərin kompensasiyalarını bankdan götürə biləcəyini qeyd edib.
Kompensasiya alacaq şəxslərin sayı 96-dır.
Bundan başqa, binaya dəyən ümumi zərərin hesablanmasını əks edən akt lisenziyalı şirkət tərəfindən artıq tərtib olunub, Baş Prokurorluğa və vəkillərə təqdim edilib.
Qeyd edək ki, jurnalist daha öncə bina sakinlərinin nə qədər təzminat tələb etdikləri barədə də məlumat yaymışdı.
-
Nida Xəbər 14:24Azərbaycandan qayıdan Türkiyə təyyarəsini İsrail vurub?
-
Rəsmi xronika13:56Prezident onları qəbul etdi - YENİLƏNDİ
-
Nida Xəbər 13:06Xanımı Polad Həşimovun həmin fotosunu paylaşdı...
-
Nida Xəbər 12:32Bu, Ankara və Bakı üçün müstəqil bir dəyərdir və çox əvvəl hazırlanıb - Moskvadan etiraf
-
Yaxın Şərq10:26Trampın çıxışı İsraili təşvişə saldı: Bu ölkələr İrandan asılı vəziyyətə düşəcək
-
MDB09:30Rusiyadan Ermənistana dəmir yolu ilə bağlı təhdid: Nəticəsi acınacaqlı olacaq
-
Dünya08:4954 illik fasilədən sonra aya ilk uçuş gerçəkləşdi
-
Dünya08:33Bu ölkədə 7,4 bal gücündə zəlzələ oldu - Ölən var






































