Sosial
Ayda 100 min manat - Yanan binanın sakinləri kompensasiya tələb edirlər
Bakının Yasamal rayonu, Mirəli Seyidov küçəsində yanğın baş verən binanın sakinləri kompensasiya tələb edirlər.
Publika.az xəbər verir ki, bunu orada yaşayan hərbi jurnalist Heydər Mirzə bildirib.
O qeyd edib ki, bina sakinlərinin bir neçə tələbi var:
“Adam hər yerdə demirdi ki, “pulla hər şeyi həll edir”? Deməli belə.
Birincisi, bina sakinləri binanın yaşayışa yararlılığı bərpa olunana qədər Yasamal rayonunda kirayə ilə təmin olunmalıdır. Ağdamda deyil. Masazırda deyil. Elmlərlə İnşaatçıların arasında. Təxminən 90 ailə. Təxminən ayda 100 000 AZN. Gəl indi həll elə pulla. Bu saat yəni…
İkincisi, öz gücümüzlə müəyyən şeyləri artıq edirik (təmizlik, və s). Bütün bunların xərci manatına kimi müvafiq orqanlara təqdim olunacaq. Maddi təzminat üçün.
Üçüncüsü, mənəvi təzminat məsələsi hələ qabaqdadır. Camaat hələ əzizini yeni torpağa tapşırıb. Hələ də reanimasiyada olanlar var. İlk söz onların olacaq.
Dördüncüsü, binamızın sakinləri dərin fəlsəfi, siyasi, və s. çıxarışlar etmək, söhbəti fərqli və hamımızın ziyanına olan istiqamətlərə fırlatmaqdan uzaqdır. Biz haqqımızı tələb edirik. Cinayətkardan… Vəssalam. Küçədə qalmaq istəmirik sadəcə.
Beşincisi, təxribatçılara. Mən trol nəsilləri yetişdirmişəm. Trol doğuşu qəbul etmişəm. Trol toyunda keşiş olub xeyir dua vermişəm. Trol fabrikalarına trol istehsalatı xəttləri qurmuşam. Uzaq durun. Siz nəsə yazanda, mən söhbətin 12 şərhdən sonra hara gələcəyini bilirəm. Mənimlə deyil. Arada insan ölümü var. Ailələrin hisslərini öz marağınızda istifadə etməyin”.
Qeyd edək ki, noyabrın 21-də Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında baş verən yanğında 3 nəfər ölüb, 20 nəfər tüstüdən zəhərlənib.
Binanın zirzəmi qatında və birinci mərtəbəsində yerləşən qeyri-yaşayış obyektini müqavilə əsasında icarəyə götürmüş “Loft Dent” klinikasının direktoru Paşayev Bəhruz Sahib oğlu Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində istintaqı aparılan cinayət işi üzrə şübhəli şəxs qismində tutulub.(“Yeni Sabah”)
-
Region15:45Bakıdan qayıdan erməni: Azərbaycanla sülhə qarşı çıxanlar ya əclafdır, ya da...
-
İdman15:00"Neftçi" yeni baş məşqçini Türkiyədə axtarır: Görün namizədlər kimlərdir
-
İdman14:30Arağı reklam edən erməni futbolçu İranı bir-birinə vurdu
-
Sosial12:55Azərbaycanda daha bir erkən nikahın qarşısı alındı
-
Köşə12:26Ermənini qucaqlayan Əfəndidən şəhid qəbri qucaqlayan analara hörmətsizlik
-
Rəsmi xronika12:14İlham Əliyevin 8 yaşında çəkdiyi - RƏSM
-
İdman11:42"Neftçi"nin istədiyi məşqçi Bakıya gələ bilmir: Qadağa qoyulub
-
Sosial11:09Bakının bu ərazilərində qaz olmayacaq








.png)


.jpg)








.webp)







_(3).jpg)




