Sosial
FHN silsilə maarifləndirmə tədbirləri keçirdi
Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.
Belə ki, FHN-in Dövlət Yanğın Nəzarəti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin mütəxəssislərinin də iştirakı ilə Bakı Regional Mərkəzi (RM) tərəfindən Xəzər rayon Tibbi Reabilitasiya Mərkəzində, Nərimanov rayon 212 nömrəli, Yasamal rayon 31 və 38 nömrəli tam orta məktəblərində, Gəncə RM tərəfindən Şəmkir rayon, S.Rüstəmov adına Sabirkənd kənd, Gəncə şəhər, A.Nekrasov adına 19 nömrəli və Gədəbəy rayon, X.İsmayılov adına 2 nömrəli tam orta məktəblərində, Muğan RM tərəfindən Biləsuvar rayon, Amandkənd kənd tam orta məktəbində, Qarabağ RM tərəfindən Ağdam rayon, Ayaq Qərvənd qəsəbəsi 97 nömrəli və Bərdə rayon, Xanərəb kənd tam orta məktəblərində, Şimal RM tərəfindən Qusar rayon, Əniqoba və Xaçmaz rayon, Seyidlər kənd tam orta məktəblərində, Şimal-qərb RM tərəfindən Qəbələ rayon, A.Şirinov adına Topbağ kənd ümumi orta məktəbində, Aran RM tərəfindən Yevlax rayon, Salamabad kənd tam orta məktəbində və Cənub RM tərəfindən Cəlilabad şəhər, Ş.Xudiyev adına 5 nömrəli ümumi orta məktəbində maarifləndirmə tədbirləri keçirilib.
Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.
Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğın və zəlzələ zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, sularda təhlükəsizliklə bağlı məsələlər diqqətə çatdırılıb və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.
İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.
-
Sosial18:50Azərbaycanda bir qrup şəxsə avtomobil VERİLƏCƏK
-
Sosial18:40Bu şadlıq sarayında dana əti adı ilə görün nə təqdim edilib - FOTO
-
Sosial18:20Məktəblilər arasında “snus” təhlükəsi: “Köşklərdə satılır” - VİDEO
-
Sosial16:44Əli Əsədov sərəncam imzaladı
-
Sosial15:24Boşanma əxlaqsızlıq adlandırıldı: “MTV”yə xəbərdarlıq edildi
-
İdman14:50DÇ-2026-ya ev sahibliyi edəcək ölkədə ŞOK: Stadionda meyitlər tapıldı
-
Dünya14:43400 min döyüşçüdən Türkiyəyə gözlənilməz dəstək - Sayılı günlər qaldı
-
İdman13:52Ömər bu gözəllə nişanlandı: Dostunun əmisi qızıdır - FOTOLAR
































