Dünya
Quterreş genişmiqyaslı müharibə riski barədə xəbərdarlıq etdi
Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antoniu Quterreş dünyanın yeni qlobal müharibənin astanasında olduğunu hesab edir.
Publika.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
"Biz Yaxın Şərqi bürüyəcək və bütün dünyada dramatik nəticələrə səbəb olacaq daha geniş bir müharibənin astanasındayıq. Münaqişə artıq hər yerdə hiss olunmaqdadır", — deyə BMT-nin Baş katibi bildirib.
Quterreş qeyd edib ki, Hörmüz boğazının bloklanmasının fəsadları da daxil olmaqla bir çox amillər buna dəlalət edir.
O, həmçinin iki "sadə ismarış"la çıxış edib. Ümumdünya təşkilatının rəhbəri İsrail və ABŞ-ı İrana zərbələr endirməyi mümkün qədər tez dayandırmağa, İslam Respublikasını isə qonşu ölkələrə hücumlardan imtina etməyə çağırıb.
Aprelin 2-də Amerika lideri xəbərdarlıq edib ki, Birləşmiş Ştatlar yaxın iki-üç həftə ərzində İrana ölkəni daş dövrünə qaytaracaq güclü zərbələr endirmək niyyətindədir.
Daha sonra İslam Respublikası Silahlı Qüvvələrinin "Xatəm əl-Ənbiya" mərkəzi qərargahının nümayəndəsi İbrahim Zülfüqari bəyan edib ki, Tehran Vaşinqton və İsrail hakimiyyəti kapitulyasiya elan edənə qədər döyüş əməliyyatlarını davam etdirəcək.
Hüseyn İbadlı
-
Dünya22:24Ata və anadan DƏHŞƏTLİ ƏMƏL - Beş uşağı 69 min dollara...
-
Sosial22:00Tramp onu "qurumuş gavalı" adlandırdı - FOTO
-
Sosial21:36Beş il əvvəl itkin düşmüş iti ilə yenidən qovuşdu
-
Nida Xəbər 20:12Azərbaycanda bu əsərlər dövlət mükafatları ala bilər - SİYAHI
-
Yaxın Şərq20:00İran "Amazon"un bulud hesablama mərkəzinə HÜCUM ETDİ
-
İdman19:48PSJ Luis Enrikeyə bu qədər maaş təklif edir
-
ABŞ19:00Argentina İranın müvəqqəti işlər vəkilinə iki gün vaxt verdi
-
Region18:48Müəllimin geyimi müzakirə mövzusu oldu










.png)






















