Sosial
Bu notariusların fəaliyyətinə xitam verilir - Rəsmi
“Notariat haqqında” qanuna əsasən, xüsusi notariuslara notariat fəaliyyəti ilə məşğul olmaq üçün şəhadətnamə beş il müddətinə verilir. Həmin müddət bitdikdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən notariusun fəaliyyəti qiymətləndirilir və fəaliyyəti müsbət qiymətləndirilmiş notariusun şəhadətnaməsinin müddəti daha beş ilə uzadılır, şəhadətnaməsinin müddəti uzadılmayan şəxslərin xüsusi notarius kimi fəaliyyətinə xitam verilir.
Publika.az xəbər verir ki, bu barədə APA-ya Ədliyyə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, notariat fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün Ədliyyə Nazirliyi tərəfindən elan edilmiş müsabiqəyə əsasən bu il noyabrın 14-də test imtahanı keçirilib.
Hazırda test imtahanından uğur qazanmış namizədlərlə fərdi qaydada müsahibələr keçirilir. Müsahibənin nəticələrinə əsasən, uğur qazanmış namizədlər Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında icbari təlimə cəlb ediləcəklər və təlimin yekunlarına dair qiymətləndirmədən müvəffəqiyyətlə keçənlərə notariat fəaliyyəti ilə məşğul olmaq üçün şəhadətnamənin verilməsi, hazırda fəaliyyət göstərməyən notariat ofislərinə notariusların təyinatının həyata keçirilməsi, eləcə də notariat ofislərinin fəaliyyətinin bərpa edilməsi məsələsinə baxılacaq.
Məlumata görə, hazırda Azərbaycanda Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, ümumilikdə 156 notarius fəaliyyət göstərir.
-
Elm və təhsil12:20İmtahan sualları niyə çaşdırıcı olur? – Səbəbləri açıqlandı
-
Ekologiya12:12Azərbaycanda bu ərazilərə qar yağır - Faktiki hava
-
MDB11:25Dnepr vuruldu - 2 nəfər ölüb, 20-dən çox yaralı var
-
Sosial10:02Cərimə, həbs və... - Uşaqların dilənçiliyə cəlb olunmasının səbəbləri bəlli oldu
-
Avropa09:00Hörmüz boğazında əməliyyat keçirilə bilər - Almaniya gəmilər göndərir
-
Magazin205:45Adriana Lima qızları ilə elə pozalar verdi ki...
-
Nəqliyyat05:15Bakıda süni sıxlıq yaradan avtomobillərlə bağlı tədbirlər görüləcək - Video
-
İdman02:43Növbəti hakim qalmaqalı: Tanınmış futbolçu ədalət istəyirdi, meydandan qovuldu - Video


































