Sosial
5 bəraət əldə edən vəkillər “İlin vəkili” seçildi
2025-ci il ərzində fəaliyyətində fərqlənən vəkillər və vəkil qurumları mükafatlandırılıb.
Publika.az xəbər verir ki, bu barədə Vəkil Günü peşə bayramı münasibətilə keçirilən mərasimdə bildirilib.
İl ərzində cinayət işləri üzrə ən çox – 5 bəraət əldə edən Lənkəran şəhər Vəkil Bürosunun vəkili Həsənov İbarət Əhəd oğlu ilə Sumqayıt Regional Vəkil Bürosunun vəkili İsayev Elşad Nəsrəddin oğlu “İlin vəkili”, Kollegiyanın ictimai fəaliyyətinə verdiyi töhfəyə görə "Pro Bono" Vəkil Bürosu “İlin vəkil qurumu”, il ərzində sosial aksiyaların keçirilməsində fəallığına görə Qadın Vəkillər Alyansı “İlin vəkil komitəsi”, VK-nın ictimai fəaliyyətinə verdiyi töhfəyə görə Deontologiya Komitəsi “İlin vəkil komitəsi” və il ərzində keçirilən təlimlərdə fəal iştirakına görə “Universal” Vəkil Bürosunun vəkili Piriyev Vəfadar Namiq oğlu isə “İlin təlimçi vəkili” elan olunub.
-
Nida Xəbər 20:12Azərbaycanda bu əsərlər dövlət mükafatları ala bilər - SİYAHI
-
Yaxın Şərq20:00İran "Amazon"un bulud hesablama mərkəzinə HÜCUM ETDİ
-
İdman19:48PSJ Luis Enrikeyə bu qədər maaş təklif edir
-
ABŞ19:00Argentina İranın müvəqqəti işlər vəkilinə iki gün vaxt verdi
-
Region18:48Müəllimin geyimi müzakirə mövzusu oldu
-
Nida Xəbər 17:36BMT Şurası Bakının təşəbbüskarı olduğu qətnaməni qəbul etdi
-
Region15:38Paşinyan bu dəfə xanım jurnalistlə mübahisə etdi: Sus, yoxsa qovulacaqsan
-
Nida Xəbər 14:24Azərbaycandan qayıdan Türkiyə təyyarəsini İsrail vurub?




































