Region
İrandan Hörmüz boğazındakı vəziyyətlə bağlı BƏYANAT
“Hörmüz boğazı ABŞ və İsrail üçün hələ çox uzun müddət bağlı qalacaq”.
Publika.az xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin nümayəndəsi Əbülfəzl Şikarçi bəyanat verib.
"Hörmüz boğazı amerikalılar və sionistlər üçün uzun müddətə bağlı olacaq. Heç bir bəhanə ilə onlar bura yaxınlaşa bilməyəcəklər", - deyə o bildirib.
Bundan əvvəl İran BMT-nin Beynəlxalq Dəniz Təşkilatını məlumatlandırıb ki, Tehranın düşmən hesab etmədiyi dövlətlərin gəmiləri Hörmüz boğazından keçə bilər.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı birgə hərbi əməliyyata başlayıb. Cavab olaraq Tehran İsrailə, həmçinin ABŞ-ın Səudiyyə Ərəbistanı, Bəhreyn, Qətər, Küveyt və BƏƏ-də yerləşən hərbi bazalarına raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirmək də daxil olmaqla müəyyən addımlar atıb. Həmçinin İran tərəfi dünya dəniz neft tədarükünün təxminən 30%-nin keçdiyi Hörmüz boğazını bloklayıb. Bu hadisələr neft qiymətlərinin kəskin artaraq son dörd ilin zirvəsinə çatmasına səbəb olub.
Hüseyn İbadlı
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi
-
Maraq dünyası11:06Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi




































.jpg)
