Sosial
“Daşlı bulaq” cərimələndi
Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi “Daşlı bulaq - A” MMC-ni İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə təqsirli bilərək 5 min manat məbləğində cərimə edib.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, qərara əsasən Lənkəran rayonunun Xolmili kəndində, “Favorit” marketin qarşısında yerləşdirilmiş “Daşlı bulaq - A” MMC-yə məxsus soyuducuların üzərində olan reklamlarla bağlı səlahiyyətli orqan tərəfindən verilmiş yazılı göstərişin tam və vaxtında yerinə yetirilmədiyi müəyyən edilib. Bununla bağlı MMC barəsində protokol tərtib olunub.
Şirkət tərəfindən verilən izahatda isə bildirilib ki, sözügedən soyuducular digər təsərrüfat subyektlərinə məxsus soyuducuların arasında yerləşdirildiyindən onların yan hissələri ümumiyyətlə görünməyib, yalnız üst hissədəki əmtəə nişanı isə reklam hesab olunması üçün tələb edilən ölçüləri aşmır. Şirkət bildirib ki, bu səbəbdən açıq məkanda reklam yayımı üçün icazə almaq öhdəliyi yaranmır.
Şirkət həmçinin əlavə edib ki, soyuducular marketlərə icarə əsasında verilir və onların açıq məkanda deyil, mağaza daxilində istifadə edilməsi razılaşdırılır. Buna görə də MMC reklam agentlyinin protokolu ilə razılaşmadıqlarını bildirib.
Məhkəmə MMC-nin şikayətini təmin etməyib.
-
Sosial01:11Bakı mavi rəngə büründü - FOTO
-
Region00:00SEPAH-dan ABŞ-a dəhşətli mesaj
-
Region2 Aprel 23:00Qardaş ölkədə güclü zəlzələ oldu
-
Magazin12 Aprel 22:55"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək
-
Dünya2 Aprel 22:24Ata və anadan DƏHŞƏTLİ ƏMƏL - Beş uşağı 69 min dollara...
-
Sosial2 Aprel 21:36Beş il əvvəl itkin düşmüş iti ilə yenidən qovuşdu
-
Nida Xəbər 2 Aprel 20:12Azərbaycanda bu əsərlər dövlət mükafatları ala bilər - SİYAHI
-
Yaxın Şərq2 Aprel 20:00İran "Amazon"un bulud hesablama mərkəzinə HÜCUM ETDİ














.jpg)




















