Sosial
8 yanvarda dağıdıcı zəlzələ PANİKASI - Qurban Yetirmişlidən MÜHÜM AÇIQLAMA
Son günlər sosial şəbəkələrdə Azərbaycanda güclü zəlzələ olacağı ilə bağlı paylaşımlar edilir.
Özünü ekstrasens adlandıran bəzi şəxslər yanvarın 8-də dağıdıcı zəlzələnin baş verəcəyi ilə bağlı qorxunc proqnozlar verirlər. Bu fikirlər nə qədər qeyr-ciddi görünsə də, inanan insanlar da az deyil.
Bəs ölkəmizdə yaxın zamanlarda dağıdıcı zəlzələ gözlənilirmi?
Publika.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli Bizim.Media-ya açıqlamasında bildirib ki, insanlar bu kimi fikirlərə aldanıb panikaya düşməməlidir:
“Mən açığı, elələrinin yazdıqlarının oxuyub vaxtımı almaq istəmirəm. Onlar hər şeyi belə bilən idilərsə, bu qədər seysmoloqun yerinə gətirib ekstrasens oturdardıq. Dünya bu ekstrasenslərin fikirləri ilə idarə olunsaydı, nə problem olardı? Hərəsi çıxıb bir nağıl danışır.
Tutar qatıq, tutmaz ayran... Ayda-ildə bir dəfə dedikləri də doğru çıxssa, deyəcəklər ki, baxın, mən demişdim, oldu. Belə şeylərə inanmaq olmaz. Hamısı boş işlərdir”.
Q.Yetirmişli yaxın zamanlar üçün Azərbaycanda dağıdıcı zəlzələ ehtimalı olmadığını deyib:
“Zəlzələ hər gün olur. Dünən 21:00-dan bu gün 09:00-dək ümumilikdə 36 təkan olub. Bu zəlzələlərin heç biri də hiss olunmayıb. Bizim apardığımız təhqiqatlara görə, güclü-dağıdıcı zəlzələ gözlənilmir. Ümumiyyətlə, yaxın zamanlar üçün də Azərbaycanda dağıdıcı zəlzələ ehtimalı yoxdur”.
-
Dünya12:18Tramp Çində paylaşımlar edə bilmədi: Onun telefonunu əlindən niyə alıblar?
-
Sosial10:39Bazar günündən metro yeni qrafikdə işləyəcək
-
Sosial09:54Etibarnamə ilə maşın sürənlərin nəzərinə - Gələn aydan...
-
Dünya09:36ABŞ İrana qaçan agentin başına bu qədər mükafat təyin etdi
-
Maraq dünyası09:12Bu bürclərin 15-31 may tarixlərində pul sarıdan bəxtləri gətirəcək
-
Magazin108:36Vəfat edən əri ilə bağlı paylaşım etdi - VİDEO
-
İdman08:00Fransa dünya çempionatına bu heyətlə gedir
-
Magazin106:16Nəsrinin serialı nə vaxt başlayır?






.png)

.jpg)




















.jpg)



