Sosial
Reabilitasiya Mərkəzindən qaçan Nəsimi Nəbizadə görün harada gizlənir - YENİLƏNDİ
"Qurtuluş" Reabilitasiya Mərkəzindən qaçan tanınmış jurnalist Nəsimi Nəbizadə tapılıb.
Publika.az Oxu.az-a istinadla xəbər verir ki, jurnalist reabilitasiya mərkəzindən qaçaraq Abşeron rayonunun Saray qəsəbəsində evlərdən birində gizlənib.
Mərkəzin əməkdaşları onun arxasınca Saray qəsəbəsinə gediblər.
xxx
18:12
Tanınmış aparıcı Nəsimi Nəbizadə reabilitasiya mərkəzindən qaçıb.
Publika.az xəbər verir ki, bu barədə Oxu.Az-a açıqlamasında "Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov deyib.
O, bildirib ki, Nəsimi Nəbizadə paytaxtın Səbail rayonu, Nizami küçəsindəki kafedən yoxa çıxıb:
"Nəsimi müəllimə hər cür yardım edirdik. Sonuncu dəfə dişlərini düzəltdirmək üçün Sumqayıta həkimə apardım. İki gün öncə dedi ki, ürəyim sıxılır, gəzmək istəyirəm. Mən də bununla birlikdə gəldik Nizami küçəsinə. Orada restoranda çörək yedik. Sonra çıxıb gəzdik, söhbətləşdik. Axırda gəldik kafedə çay içməyə. Kafedə əyləşib, çay sifariş verdik. Mən getdim əlimi yumağa. Qayıtdım ki, Nəsimi stolda yoxdur. Düşündüm ki, yəqin ayaqyoluna gedib. Dörd saat kafedə gözlədim, gördüm yoxdur. Bildim ki, Nəsimi Nəbizadə qaçıb".
C.Salmanov bildirib ki, mərkəzin əməkdaşları dərhal Nəsimi Nəbizadənin Saray qəsəbəsindəki ata evinə gediblər:
"Evə getdik, qardaşı Elnur açdı qapını, dedi ki, evə gəlməyib. Hazırda axtarışlarımız davam edir. Biz yenə də ümidimizi üzmürük, qayıdacağını gözləyirik".
-
Sosial01:11Bakı mavi rəngə büründü - FOTO
-
Region00:00SEPAH-dan ABŞ-a dəhşətli mesaj
-
Region2 Aprel 23:00Qardaş ölkədə güclü zəlzələ oldu
-
Magazin12 Aprel 22:55"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək
-
Dünya2 Aprel 22:24Ata və anadan DƏHŞƏTLİ ƏMƏL - Beş uşağı 69 min dollara...
-
Sosial2 Aprel 21:36Beş il əvvəl itkin düşmüş iti ilə yenidən qovuşdu
-
Nida Xəbər 2 Aprel 20:12Azərbaycanda bu əsərlər dövlət mükafatları ala bilər - SİYAHI
-
Yaxın Şərq2 Aprel 20:00İran "Amazon"un bulud hesablama mərkəzinə HÜCUM ETDİ















.jpg)



















