MDB
"Qiyamət günü radiosu" sirli mesaj verdi
“Qiyamət günü radiosu” kimi tanınan radiostansiyanın efirində “botva” sözü səslənib.
Publika.az xəbər verir ki, bu barədə stansiyanın fəaliyyətini izləyən “UVB-76 loqları” adlı "Telegram" kanalı məlumat yayıb.
Məlumata görə, mesaj Bakı vaxtı ilə saat 20:16-da efirə verilib.
Efirdə “NJTI 25611 BOTVA 0808 2023” məzmunlu şifrəli mesaj səsləndirilib.
Bundan bir gün əvvəl radiostansiya efirə “lyuesobaul” sözü ilə çıxmışdı.
Qeyd edək ki, “Qiyamət günü radiosu” kimi tanınan UVB-76 stansiyası 2025-ci il ərzində ümumilikdə 357 şifrəli mesaj yayımlayıb. Statistikaya əsasən, ən çox mesaj iyun ayında qeydə alınıb – 49 dəfə. Fevral ayı 43 mesajla ikinci yerdə qərarlaşıb. Avqustda 38, dekabrda 36, mart ayında isə 34 şifrəli mesaj efirə verilib.
Keçən il ərzində ən çox istifadə olunan çağırış siqnalı 331 dəfə səslənən “NJTI” olub. İkinci yeri 11 dəfə istifadə edilən “TSJAP” sözü tutub. Üçüncü sırada isə il ərzində altı dəfə efirdə səslənən “ULVN” çağırış siqnalı yer alıb.
Hüsen İbadlı
-
Region13:24Paşinyan 74 səhifəlik hesabat hazırlatdı - II Qaregin ifşa edildi
-
Region12:48Biz erməni stulunda oturmuşuq - Paşinyanın rusiyalı jurnalistə cavabı
-
Köşə11:54Başqasının həyatına ağlamaq: Ekranın sehrli təsəllisi
-
Sosial11:10Xocalıdan 9 yaşında çıxan Ləfxanım yurduna qayıtdı - FOTO
-
İqtisadi gündəm09:30Dünya qiymət artımından danışır - Qışda bahalaşacaq ərzaqların SİYAHISI
-
İqtisadi gündəm08:49Şad xəbər: Bu ərazilərdə yüksək maaşlı iş yerləri açılır
-
İdman07:55"Formula 1" onuncu dəfə Bakı küçələrində - Bu gün
-
İdman07:15Maradona işi ilə bağlı gözlənilməz iddia: Ölümünün səbəbi bu ola bilər






































