Nazirliyin rus dilində paylaşdığı video müzakirələrə səbəb oldu
Bizi izləyin

Sosial

Nazirliyin rus dilində paylaşdığı video müzakirələrə səbəb oldu

Azərbaycanın Energetika Nazirliyi #SöndürVəQazan enerji səmərəliliyi kampaniyasında rusdilli influnserə yer verib.

Publika.az Teleqraf-a istinadən xəbər verir ki, bu kampaniya çərçivəsində influnserin övladı ilə rus dilində danışması və çəkilmiş videonun nazirliyin rəsmi feysbuk hesabında paylaşması birmənalı qarşılanmayıb.

Məsələ burasındadır ki, nazirliyin rəsmi sosial şəbəkə hesabında yayımlanan videoda enerjiyə qənaət etməklə bağlı çağırış rus dilində danışılıb, öz doğma dilimizdən isə alt yazıda istifadə olunub.

Bu isə Prezident İlham Əliyevin ana dilimizin qorunması ilə bağlı çox mühüm mesajlar verdiyi bir dönəmə təsadüf edib.

Qeyd edək ki, dövlət başçısı 3 noyabr 2025-ci ildə AMEA-nın 80 illik yubileyindəki tarixi çıxışında Azərbaycan dili haqqında danışmış, öz narahatlığımı ifadə etmişdi:

"Hər bir millət, hər bir xalq üçün onun Ana dili onun milli mənsubiyyətinin əsas amilidir və bu istiqamətdə bütün ictimai fəallar, bütün ictimaiyyət bir nöqtəyə vurmalıdır".

Prezident İlham Əliyev daha sonra eyni mövzuya yerli telekanallara müsahibəsində də toxunmuşdu.

Onu da əlavə edək ki, Prezident İlham Əliyevin təsdiqlədiyi "Azərbaycan Mədəniyyəti - 2040" Mədəniyyət Konsepsiyasında Azərbaycan dilinin beynəlxalq aləmdə təbliğ və təşviqi də nəzərdə tutulub. Azərbaycan dili ilə bağlı bu cür mühüm addımların atıldığı, sənədlərin imzalandığı bir məqamda Enegetika Nazirliyinin daxili platformada rus dilinə yer verməsi təəssüf və sual doğurur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm