Sosial
Metroda qatarların hərəkət qrafiki dəyişdiriləcək
Sabah 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar Bakı Metropoliteninin iş rejimi dəyişdiriləcək.
Qurumdan Publika.az-a verilən məlumata görə, anım tədbirlərinin keçiriləcəyi “20 Yanvar”, həmçinin Şəhidlər xiyabanına ən yaxın ərazilərdə yerləşən “İçərişəhər” və “Elmlər Akademiyası” stansiyalarında xüsusi nəzarət mexanizmləri tətbiq ediləcək.
Qeyri-iş günü olsa da, metropoliten gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək, qatarların hərəkət qrafiki dəyişdiriləcək, xəttə buraxılmaq üçün ehtiyat qatarlar hazır saxlanılacaq.
Stansiyalarda musiqilər günün ruhuna uyğun səsləndiriləcək və qatarlarda stansiya elanları radiorabitə vasitəsilə təqdim olunacaq.
Hadisənin mərkəzində yer almış “20 Yanvar” stansiyası Hüzn Günü üçün xüsusi tərtibatda hazırlanacaq, stansiyanın vestibülləri və platformasında qərənfillərdən ibarət kompozisiya qurulacaq. Metropolitenin rəhbərliyi Vətənimizin azadlığı və müstəqilliyimizin bərpası uğrunda canlarını fəda etmiş şəhidlərimizi ənənəvi olaraq “20 Yanvar” stansiyasında yad edəcək.
Saat 12:00-da bütün stansiyalarda qatarların hərəkəti dayandırılacaq və şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla anılacaq.
Daha sonra Bakı Metropoliteninin nümayəndələri Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin, o cümlədən hadisə zamanı şəhidlik zirvəsinə ucalmış metropolitençilər - “Nərimanov” elektrik deposunun çilingəri İlqar Qarayev və metro inşaatçısı Əflatun Kazımovun məzarını ziyarət edəcəklər.
-
Köşə09:12Azərbaycanda məmurdan sensasion etiraf: Tapşırıqla...
-
Avropa08:48Şahzadə Harri qadın jurnalistə görün nə yazıb - İlk görüşdən sonra...
-
Magazin106:16"Birlikdə keçirdiyimiz son ad günü..." - FOTO
-
Avropa04:44Vens xanımı ilə Budapeştə gedir - Orbana dəstək verəcəklər
-
Sosial01:11Bakı mavi rəngə büründü - FOTO
-
Region00:00SEPAH-dan ABŞ-a dəhşətli mesaj
-
Region2 Aprel 23:00Qardaş ölkədə güclü zəlzələ oldu
-
Magazin12 Aprel 22:55"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək






































