Sosial
Bakı metrosunda xətlər ayrılır: İşlər nə vaxt bitəcək?
"Xətlərin ayrılması layihəsi hazırda bizim başladığımız işlərin ardıcıllığına uyğun şəkildə davam etdirilir".
Publika.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
Onun sözlərinə görə, layihə çərçivəsində 28 May və Cəfər Cabbarlı stansiyalarının yaxınlığında yerləşən iki qazma-hazırlıq şaxtasında işlər artıq tamamlanıb. Hazırda tunel səviyyəsinə enilib və xətlərin fiziki olaraq ayrılması üçün hazırlıq mərhələsinə start verilib. İnşaat işləri ərazinin geoloji xüsusiyyətləri nəzərə alınmaqla xüsusi və etibarlı üsullarla aparılır. Xətlərin fiziki ayrılması prosesinin ümumilikdə 11 ay davam edəcəyi gözlənilir.
Bəxtiyar Məmmədov bildirib ki, paralel olaraq digər infrastruktur layihələri də icra olunur. Belə ki, 28 May və Cəfər Cabbarlı stansiyaları arasında yeni piyada tunelinin qazıntı işlərinə başlanılıb. "İçərişəhər" stansiyasının yaxınlığında isə dönmə kamerasının inşası üçün kommunikasiya xətlərinin köçürülməsi mərhələsi həyata keçirilir. Qeyd olunub ki, bu işlər ətrafdakı binalara və mövcud infrastruktura zərər vurulmadan aparılır.
Açıqlamada Dərnəgül Elektrik Deposunda da işlərin davam etdiyi vurğulanıb. Bildirilib ki, birinci mərhələ üzrə yol infrastrukturu tamamlanıb, qatarların təmiri və baxışı üçün nəzərdə tutulan 7 sahənin inşasına başlanılıb. Eyni zamanda Avtomobil Yolları Dövlət Agentliyi ilə birgə həm avtomobil, həm də piyada ötürücü tunelinin inşası açıq üsulla davam etdirilir.
Bəxtiyar Məmmədovun sözlərinə görə, bu il ərzində xətlərin ayrılması layihəsi üzrə əsas işlərə start veriləcək, növbəti il isə xətlərin fiziki olaraq tam ayrılması nəzərdə tutulur. Bundan əlavə, cari il ərzində iki elektrik yarımstansiyasının inşasına başlanılması planlaşdırılır.(Milli.Az)
-
İKT03:43Çinin istehsal etdiyi smartfonlardakı gizli təhlükə - Məşhur bloqçu üzə çıxardı
-
Qoroskop02:00Günün ulduz falı: sevgi xırda detallarda gizlənəcək
-
İdman01:20Messi ilə bağlı planı açıqladı: Seçkidə qalib gəlsə…
-
Hadisə00:55Keçmiş axundun oğlu qəza törətdi: Ölən və yaralananlar var - Foto
-
Nəqliyyat00:35Aeroport yolu bağlandı
-
Ekologiya13 Fevral 23:35Fevralda 20 dərəcə isti - Bahar havası neçə gün davam edəcək?
-
Ekopublika.az13 Fevral 22:20"Sea Breeze"də 500 min kv.m yer alan biznesmen kimdir?
-
Dünya13 Fevral 21:52ABŞ İrana görün nə göndərib: minlərlə ədəd... - Məqsəd nə olub?








.jpg)



.jpg)
.jpg)

















.jpg)





