Sosial
Azərbaycanda işaxtaranlar üçün yeni platforma: "Peşələr üzrə elektron atlas" yaradılır - RƏSMİ
Azərbaycanda yaxın illərdə əmək bazarı ilə təhsil sistemi arasında inteqrasiyanı gücləndirəcək yeni rəqəmsal platforma - “Peşələr üzrə elektron atlas” informasiya sistemi yaradılacaq. Məşğulluq Strategiyasının 2026-2030-cu illər üçün Tədbirlər Planında yer alan bu layihənin mahiyyəti, əsas üstünlükləri nələrdir? Sistem necə tətbiq ediləcək?
Publika.az Teleqraf-a istinadla xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, sistem vasitəsilə əmək bazarında mövcud olan peşələr barədə geniş və sistemləşdirilmiş məlumatlar təqdim ediləcək.
"Burada yalnız peşələrin siyahısı deyil, həmçinin hər bir peşə üzrə tələb olunan ixtisaslar, bilik, bacarıq və səriştələr, peşənin məzmunu, əmək bazarındakı xüsusiyyətləri və digər zəruri məlumatlar da öz əksini tapacaq.
İnformasiya sistemindən işsiz və işaxtaran şəxslərlə yanaşı işəgötürənlər, təhsil və təlim müəssisələri, karyera məsləhətçiləri və əmək bazarının digər iştirakçıları da istifadə edə biləcəklər. Bu baxımdan elektron atlas əmək bazarı ilə təhsil və təlim sistemi arasında əlaqələrin gücləndirilməsinə, peşə seçimi və karyera planlaşdırılması prosesinin dəstəklənməsinə xidmət edəcək.
Sistemdə müxtəlif peşələr üzrə minimum tələbləri müəyyən edən peşə standartlarının yerləşdirilməsi də nəzərdə tutulur. Bu, istifadəçilərə hər bir peşə üzrə tələb olunan bilik və bacarıqlar barədə dolğun məlumat əldə etmək imkanı yaradacaq", - məlumatda qeyd olunub.
Vurğulanıb ki, atlasın yaradılması istiqamətində beynəlxalq təcrübənin öyrənilməsi, hazırlıq işlərinin görülməsi, əmək bazarı iştirakçılarının bu barədə məlumatlandırılması və digər zəruri tədbirlərin mərhələli şəkildə həyata keçirilməsi planlaşdırılır:
"Ümumilikdə elektron atlas işsiz və işaxtaran şəxslərin əmək bazarında mövcud olan peşələr barədə məlumatlılığının artırılmasına, bilik və bacarıqlarının inkişafına, həmçinin onların uyğun karyera imkanlarının genişlənməsinə töhfə verəcək".
-
İdman06:46“Beşiktaş”ın nə qədər borcu var? - Məbləğ açıqlandı
-
Magazin106:16"Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır"
-
Elm və təhsil04:44Təhsil işçiləri təltif edildilər - SİYAHI
-
MDB02:42Medvedev Ermənistana xəbərdarlıq etdi
-
Nəqliyyat00:30Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Oğrulardan ehtiyatlı olun
-
İdman3 Oktyabr 21:36İspaniya mətbuatından Arda Güler şərhi: “Daimi kabus yaşayır”
-
Magazin23 Oktyabr 20:36Hülya Avşar makiyajsız halı ilə diqqət çəkdi - (Foto)


































.jpg)
