Sosial
Azərbaycanda yalnız bu şəxslər aptek işlədə biləcək - Yeni qərar
Əczaçılıq fəaliyyəti ilə məşğul olmanın hüquqi əsaslarında dəyişiklik edilib.
Publika.az xəbər verir ki, bununla bağlı səhiyyə naziri Teymur Musayev müvafiq Qərar imzalayıb.
“Dərman vasitələrinin topdansatışına dair tələblər”
Mövcud qanunvericiliyə görə, fasiləsiz olaraq ixtisasları üzrə 5 ildən çox işləməmiş əczaçılar müvafiq tədris müəssisələrində hazırlıq keçdikdən sonra əczaçılıq fəaliyyəti ilə məşğul ola bilərlər.
Qərara əsasən, azı 5 il müddətində fasiləsiz olaraq ixtisasları üzrə işləməmiş əczaçılar, o cümlədən əczaçılıq ixtisası üzrə ali və ya orta ixtisas təhsili olan və təhsil müəssisəsini bitirdikdən sonra azı beş il müddətində fasiləsiz olaraq ixtisasları üzrə işləməmiş əczaçılar Səhiyyə Nazirliyinin tabeliyində olan təhsil müəssisələrində hazırlıq keçdikdən və “Əhalinin sağlamlığının qorunması haqqında” Qanuna uyğun olaraq sertifikasiya imtahanından keçdikdən sonra əczaçılıq fəaliyyəti ilə məşğul ola biləcəklər.
“Aptek təşkilatlarına dair tələblər və aptek təşkilatlarından dərman vasitələrinin buraxılması Qaydaları”
Mövcud qanunvericiliyə görə, aptekdən həkim resepti ilə buraхılan dərman vasitələrinin satışı “Əhalinin sağlamlığının qorunması haqqında” Qanuna uyğun olaraq sertifikasiyadan keçmiş əczaçılıq təhsilinə malik mütəxəssis tərəfindən, reseptsiz buraxılan dərman vasitələrinin və digər tibb təyinatlı malların satışı ali və ya orta əczaçılıq təhsilinə malik mütəхəssislər tərəfindən həyata keçirilir.
Qərara əsasən, aptekdən reseptlə və ya reseptsiz buraxılan dərman vasitələrinin, o cümlədən digər tibb təyinatlı malların satışı “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun tələblərinə uyğun olaraq sertifikasiya şəhadətnaməsi qüvvədə olan əczaçılıq ixtisası üzrə ali və ya orta ixtisas təhsili almış əczaçılar tərəfindən həyata keçiriləcək.
Məlumat üçün bildirək ki, qərar yanvarın 6-da qəbul edilib, yanvarın 14-də Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib, yanvarın 15-də qüvvəyə minib.
-
Rəsmi xronika14:52İlham Əliyev Davosda mərasimdə iştirak edir - CANLI
-
İdman13:53Elvin Cəfərquliyev yenə gündəmdə: Diktordan mikrafonu aldı və bu sözü qışqırdı - VİDEO
-
Dünya12:48Ərdoğanın bu sözləri Davosda gündəm oldu: Masada olmayanlar...
-
Sosial12:39Pensiya alanlara şad xəbər - Nazirlik məlumat yaydı
-
Dünya11:18ABŞ hücum edərsə, İranın ilk hədəfi bu ölkə olacaq - Şok ssenari
-
Dünya10:47Bu iki ölkə Türkiyə ilə müharibəyə hazırlaşır: 3,5 milyardlıq sistem yerləşdirirlər
-
İdman10:18"Qarabağ" hansı halda pley-offa yüksələcək? - Bu komandalardan ikisi xal itirsə...
-
Nida Xəbər 09:54Prezidentin gəlini də Davosdadır - FOTO













.jpg)









.jpg)











