Onkoloji xəstələr özəl xəstəxanalarda dövlət hesabına müalicə ediləcək - Yeni qanun
Bizi izləyin

Sosial

Onkoloji xəstələr özəl xəstəxanalarda dövlət hesabına müalicə ediləcək - Yeni qanun

Özəl tibb müəssisələri tərəfindən onkoloji yardımın həyata keçirilməsi təklif edilir.

Publika.az xəbər verir ki, bununla bağlı “Əhalinin sağlamlığının qorunması haqqında” və “Onkoloji yardım haqqında” qanunlara dəyişiklik edilir.

Qanun layihəsi parlamentin Səhiyyə komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.

Qeyd edilib ki, layihənin qəbul olunması nəticəsində ixtisaslaşdırılmış özəl tibb müəssisələri ilə yanaşı, “Lisenziyalar və icazələr haqqında” Qanunun tələblərinə əsasən yalnız onkoloji yardım üzrə lisenziyaya malik özəl tibb müəssisələri tərəfindən xidmət həyata keçiriləcək. Bu isə vətəndaşların öz iradəsinə əsasən istənilən tibb müəssisəsində tibbi xidmət almasına səbəb olmaqla Azərbaycan vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin öz mülahizələrinə əsasən müstəqil surətdə öz müalicə həkimlərini seçmək və müvafiq tibb müəssisəsində müalicə almaq hüququ təmin ediləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm