Bu uşaq yeməklərində təhlükəli maddə aşkarlandı
Bizi izləyin

Sosial

Bu uşaq yeməklərində təhlükəli maddə aşkarlandı

İsveçrədən Azərbaycana gətirilən uşaq yeməklərində çirkləndirici aşkarlanıb.

Bu barədə Publika.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Bildirilib ki, “Hochdorf Swiss Nutrition Ltd” müəssisəsinin istehsalı olan “Swissneo 1” əmtəə nişanlı (09.10.2025-09.10.2027-ci il istehsal və son istifadə tarixli) uşaq qidasında “Sereulid” çirkləndiricisinin aşkarlanması ilə bağlı Avropa İttifaqının “Qida və Yem Məhsullarına dair Çevik Xəbərdarlıq Sistemi” (RASFF) vasitəsilə Qida Təhlükəsizliyi Agentliyinə bildiriş daxil olub.

Məlumata görə, bildiriş əsasında dərhal araşdırmalara başlanılıb və məhsulun həmin partiyasının dövriyyəyə buraxılmasının qarşısı alınıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm