Sənədləri itən biləsuvarlı Gürcüstanda ölüm ayağındadır
Bizi izləyin

Sosial

Sənədləri itən biləsuvarlı Gürcüstanda ölüm ayağındadır

Biləsuvar rayonunun Zəhmətabad kənd sakini, 1951-ci il mayın 31-də anadan olmuş Bəxtiyar Hüseynov hazırda Gürcüstanda yerləşən klinikalardan birində ağır vəziyyətdə müalicə olunur.

Publika.az Teleqraf-a istinadən xəbər verir ki, ailəsi onun sənədlərinin itməsi səbəbindən Azərbaycana gətirilməsində ciddi çətinliklərlə üzləşib.

Məlumata görə, Bəxtiyar Hüseynov 1994-cü ildə Rusiyanın Başqırdıstan Respublikasına gedərək 2001-ci ilə qədər orada yaşayıb və işləyib. Sonrakı illərdə də müxtəlif vaxtlarda əmək fəaliyyəti ilə bağlı xarici ölkələrə səfərlər edib.

2025-ci ilin may ayında işləmək məqsədilə Gürcüstana gedən Hüseynovun orada sənədləri itib. Bir müddət sonra onun səhhəti kəskin pisləşib və infarkt keçirib. Hazırda o, klinikada ağır vəziyyətdə, həyatla ölüm arasında mübarizə aparır.

Qeyd edək ki, Bəxtiyar Hüseynov ailəlidir, iki oğlu və dörd qızı var. Ailəsi onun təcili şəkildə Azərbaycana gətirilməsi üçün aidiyyəti qurumlardan kömək gözləyir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm