Nida Təhlil
Cəlalzadənin Bakıda dedikləri sual doğurdu: “Sərhədləri aşan müharibə” mesajı kimədir?
Azərbaycanda səfərdə olan İran İslam Respublikasının xarici işlər nazirinin müavini Vahid Cəlalzadə jurnalistlərlə görüşü zamanı diqqətçəkən bəyanatla çıxış edib. O, çıxışı zamanı bildirib ki, İrana hücum olarsa, müharibə sərhədləri aşacaq: “Bəzi region ölkələri bunu başa düşür və bu təhlükə barədə ABŞ rəhbərliyi məlumatlandırılıb”. Sözügedən açıqlama ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb. İddialara görə, Cəlalzadənin bu fikirləri bəzi dairələrdə Azərbaycana ünvanlanmış dolayı təhdid kimi qiymətləndirilib.
Cəlalzadənin məhz Bakıda səfərdə olarkən bu cür açıqlama verməsi İranın qonşuları olan Azərbaycan, Türkiyə və digər region ölkələrinə hansı mesajı ötürmək məqsədi daşıyır?
Mövzu ilə bağlı Publika.az-a açıqlama verən Türkiyənin Azərbaycandakı sabiq səfiri, “İMZA” İctimai Birliyinin Türkiyədəki nümayəndəsi Hulusi Kılıç bildirdi ki, İran xarici işlər nazirinin müavininin bu açıqlaması Azərbaycana və Türkiyəyə bir növ təhdid kimi qəbul edilir.
"İranın qonşusu olan bir ölkədə səfərdə olarkən belə bir ifadə səsləndirmək əlbəttə ki, birmənalı qarşılanmayacaq. İstər Türkiyə, istərsə də Azərbaycan bu günə qədər heç vaxt İranın daxili işlərinə müdaxilə etməyiblər. Onlar yaxşı qonşuluq münasibətləri saxlayırlar. Lakin İran haqqında eyni şeyi demək çətindir. Azərbaycan ərazilərinin işğal edildiyi otuz il ərzində İranın Ermənistanla münasibətləri çox yaxşı olub. 44 günlük müharibə bitdikdən sonra belə, İran Ermənistana dəstək göstərib. Daha sonra sərhəddə əvvəllər heç vaxt etmədiyi təlimlər keçirib".

Hulusi Kılıç vurğuladı ki, İranın bu günədək Azərbaycana nümayiş etdirdiyi münasibət fonunda İran rəsmilərinin son hadisələrlə bağlı səsləndirdiyi bəyanatlar istər-istəməz məna axtarışına səbəb olur:
"Buna görə də diplomatlar məsləhətləşmələr, müzakirələr apararkən, xüsusən də xarici ölkədə səfərdə olarkən sözlərində diqqətli olmalıdırlar. Bəyanatlarda Azərbaycanın və ya Türkiyənin maraqları sınağa çəkilməməlidir. Biz qonşumuzun işlərinə qarışmırıq. Amma orada yaşayan soydaşlarımızın hüquqlarının qorunması vacibdir. Bizim maraq dairəmiz sadəcə İranda yaşayan 35 milyon Azərbaycan türkünün hüquqlarıdır. Bunun xaricində qonşuluq münasibətlərini hər zaman saxlayırıq".
Roza
-
Rəsmi xronika10:36İlham Əliyev açılış mərasimində iştirak etdi - VİDEO/YENİLƏNDİ
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq





































