30 ilin maşinistinin sərnişinlərə çağırışı - VİDEO
Bizi izləyin

Sosial

30 ilin maşinistinin sərnişinlərə çağırışı - VİDEO

Zakir İbrahimov təxminən 30 ilə yaxındır ki, dəmir yolunda sükan arxasındadır.

Publika.az xəbər verir ki, uzun illərdir qatar maşinisti kimi çalışan Zakir İbrahimov üçün bu peşə təkcə iş deyil, həm də böyük məsuliyyət və fəxr mənbəyidir. O, atasının yolunu davam etdirərək dəmir yollarında çalışmağı seçib və bu ənənənin gələcək nəsillərdə də davam etməsini arzulayır.

Z.İbrahimov bildirir ki, oğlunun da dəmiryolçu olmasını istəyir və bu peşənin cəmiyyət üçün əhəmiyyətini xüsusi vurğulayır.

Təcrübəli maşinist sərnişinlərə də müraciət edib. O, vətəndaşları dəmir yolunu keçərkən diqqətli olmağa, təhlükəsizlik qaydalarına riayət etməyə və qatarları qorumağa çağırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm