Sosial
Bu il yeni metro stansiyası istifadəyə veriləcək
Bu il Bakıda yeni metro stansiyası istifadəyə veriləcək.
Publika.az xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Anar Rzayev "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"nın 2025-ci il üzrə icrasına həsr olunmuş dəyirmi masada bildirib.
Onun sözlərinə görə, "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"na uyğun olaraq, uzun illərdən sonra "Dərnəgül" elektrik deposunun inşası davam etdirilib: "28 May" stansiyası ərazisində xətlərin ayrılması layihəsinin əsas tərkib hissəsi olan iki nöqtədə şaxtaların qazıntısına başlanılıb. Eyni zamanda, "İçərişəhər" stansiyasından sonra dönmə kamerasının inşası üçün ərazidə aidiyyəti qurumlarla kommunikasiyalar dəqiqləşdirilərək sahə tikinti işlərinə hazır vəziyyətə gətirilib. "Həzi Aslanov" stansiyasının dalan yolunda isə yenidənqurma işləri növbəti mərhələyə çatdırılıb".
O qeyd edib ki, Dövlət Proqramı çərçivəsində 10 yeni stansiyanın tikintisi Bakı metrosu tarixində qısa müddətdə reallaşdırılacaq ən böyük genişlənmə mərhələlərindən biri olacaq: "Bu stansiyalardan birinin 2026-cı ildə istifadəyə verilməsi nəzərdə tutulur və ötən ildə B4 layihə adlı stansiyada təmir və tikinti işləri sürətlə davam etdirilib".
-
Köşə13:10Jurnalistika təkcə peşə deyil, vicdan və sevgi işidir
-
Yaxın Şərq12:25ABŞ-ın İrana güc nümayişi: Müttəfiqlər də təşviş içərisindədir
-
Nida Xəbər 10:57Əli Əsədov qərar imzaladı
-
MDB10:36Deputatdan təklif: Bu qadınların pensiya yaşı 43-ə endirilir
-
MDB10:24Ukrayna Krım istiqamətində hücuma keçdi - Rusiya HHM-i işə saldı
-
Magazin110:18Ad günündə Şəbnəmi geridə qoydu: Görün nə qədər pul toplandı
-
İqtisadi gündəm09:42Yanvar ayının pensiyaları niyə artımlarla ödənilmədi? - AÇIQLAMA
-
Maraq dünyası09:24Həyatın yaranışına işıq salacaq kəşf: Görün okeanın dibindəki şəhərdən nələr tapılır










.png)

.jpg)
.jpg)

.jpg)














.jpg)



