Sosial
FHN növbəti şərti yanğın təlimi keçirdi - FOTO
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin təşkilatçılığı və Dövlət Yanğından Mühafizə Xidmətinin iştirakı ilə Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsi, 17 ünvanında yerləşən “The Baku Group LTD” MTK-ya məxsus çoxmərtəbəli yaşayış kompleksində təlim keçirilib.
Bu barədə Publika.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Təlim “şərti yanğın” həyəcan siqnalı ilə yanğın texnikalarının yaşayış binasına, həmçinin su hovuzuna yaxınlaşa bilməsi və ümumilikdə ərazidəki yanğına qarşı əməliyyat şəraitinin qiymətləndirilməsi məqsədilə keçirilib.
Təlim zamanı şəxsi nəqliyyat vasitələrinin nizamsız park edildiyi və süni maneə səbəbindən yanğın avtomobillərinin yaşayış binasına və su hovuzuna sərbəst şəkildə yaxınlaşa bilmədiyi müəyyən olunub. Bundan əlavə, binanın ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin olunmadığı, daxili yanğın su kranlarının tam komplektləşdirilmədiyi, yanğınxəbərverici siqnalizasiya qurğusunun nasaz olduğu və elektrik təsərrüfatının “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə cavab vermədiyi müəyyən edilib.
Qeyd olunan nöqsanların aradan qaldırılması barədə yaşayış kompleksinin yanğın təhlükəsizliyinə məsul şəxslərinə şifahi və yazılı tapşırıqlar verilib, eyni zamanda sakinlərlə yanğın təhlükəsizliyinin təmin olunması barədə maarifləndirici söhbətlər aparılıb.
Nəzərə çatdırılıb ki, yanğın və digər fövqəladə hadisələr zamanı xilasetmə və yanğınsöndürmə avtomobillərinin, digər iriqabaritli xüsusi təyinatlı texnikaların binaların həyətinə maneəsiz daxil olması, çevik şəkildə döyüş vəziyyətinə gətirilməsi və əməliyyatların effektli keçirilməsi, habelə su hovuzları və hidrantlardan rahat istifadə üçün avtomobillər yalnız təyin olunmuş yerlərdə, bir-biri ilə ara məsafəsi gözləməklə, digər avtomobillərin sərbəst keçid imkanı təmin olunmaqla park edilməlidir.
-
Region01:41İran 7 ölkəni HƏDƏLƏDİ - VİDEO
-
Sağlamlıq23 İyul 23:36Bu axşam vərdişi yuxunu pozur
-
Magazin123 İyul 23:24Oksana və oğlu Batumidə xəstəxanaya düşdü
-
Art23 İyul 23:12Nazir Flora Kərimovanın ad gününü evində təbrik etdi - FOTO
-
Avropa23 İyul 22:36Səudiyyə şahzadəsi Londondakı dəbdəbəli oteldə ÖLÜ TAPILDI
-
İdman23 İyul 22:24Mahir debüt oyununda qol vurdu
-
Hadisə23 İyul 21:36Xankəndidə kafe yandı, işçilər xəsarət aldı
-
İdman23 İyul 21:12Devid Bekhemin başındakı keçəlləşmə ajiotaj yaratdı - FOTO





















.jpg)







.png)
















