Sosial
“Kristal”ın yeni mərkəzi satış ofisi fəaliyyətə başladı!
"Kristal" müştərilər üçün daha rahat və çevik xidmət imkanları yaratmaq məqsədilə yeni Mərkəzi satış ofisini istifadəyə verib. Ofis "Elmlər Akademiyası" metro stansiyası yaxınlığı, Hüseyn Cavid prospekti 78, "Merida Premium" layihəsində yerləşir.
Yeni satış ofisi "Kristal"ın Bakı, Sumqayıt və Xırdalan şəhərlərində yerləşən layihələr barədə məlumatı vahid məkanda təqdim edir. Müştərilər burada layihələrin ümumi konsepti, mənzil planları, qiymətlər və mövcud satış şərtləri ilə ətraflı tanış ola, fərqli variantları müqayisə edə və büdcələrinə ən uyğun seçimi edə bilərlər. Bu xidmət ödənişsiz əmlak konsultasiyası formatında həyata keçirilir və hər bir alıcıya fərdi yanaşma təqdim olunur.
Mərkəzi satış ofisində "City Garden Narimanov", "Park Yasamal", "Sahil Park Sumqayıt", "Biləcəri yaşayış kompleksi", "Kristal Towers", "Yeni Sumqayıt", "Highland Residence" və "Park Xırdalan" layihələri üzrə detallı məlumat əldə etmək mümkündür.
Hazırda şirkət müxtəlif satış mexanizmləri təklif edir. Müştərilərə 15%-dən başlayan ilkin ödənişlə 20 ilədək ipoteka, 12 və 36 ayadək faizsiz daxili kredit imkanları təqdim olunur. Onu da qeyd edək ki, hazırda “Evini hissə-hissə al” kampaniyası da davam edir. Bu model kredit və faiz olmadan hissəli ödənişlə mənzil sahibi olmaq imkanı yaradır. Müştərilər bütün bu imkanları bir məkanda dəyərləndirərək öz gələcək planlarına ən uyğun qərarı verə bilərlər.
“Kristal”ın Mərkəzi satış ofisi mənzil seçimini daha rahat, şəffaf və əlçatan edir. Ətraflı məlumat üçün satış ofisinə yaxınlaşmaq və ya *1544 qısa nömrəsinə zəng etmək kifayətdir.
Ətraflı: *1544
-
Region9 Mart 22:20Hazırkı müharibənin fəsadları dünyanın hər yerində hiss olunacaq - Ərdoğan
-
Magazin19 Mart 21:37"Avroviziya" mahnımız təqdim olundu - Video
-
Region9 Mart 20:30Hələ də təxribatçı addımlar atılır - Ərdoğandan İrana çağırış
-
İnanc9 Mart 19:51Ramazanın 20-ci gününün duası - İftar və imsak vaxtları
-
Region9 Mart 19:26İranda bu şəxslərin əmlakları müsadirə ediləcək
-
Region9 Mart 18:12Türkiyədən İrana xəbərdarlıq
-
Region9 Mart 17:20Bu dəhliz Cənubi Qafqaza sülh gətirəcək: Brüsseldə elan edildi
-
Maraq dünyası9 Mart 16:58Rusiya otellərində "ölüm rəqəmi" həyəcanı: Onlara görə "4" silinir









.jpg)






























