Sosial
Yeni metro stansiyaları Bakının bu ərazilərində tikiləcək
Bakıda yeni tikiləcək metro stansiyalarının yerləri müəyyən edilib.
Publika.az xəbər verir ki, bu barədə Oxu.Az-a açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Tikinti layihələrinin idarə edilməsi departamentinin rəisi Məmməd Rzayev deyib.
O bildirib ki, artıq həmin stansiyaların yerləşəcəyi yerlər təsdiqlənib:
"Şərti adı "B-4" olan stansiyadan sonrakı "B-5" stansiyası metronun "Nizami" stansiyasının yaxınlığında - "Nizami Mall" ticarət mərkəzinin arxasında, Mərkəzi parkın ərazisində olacaq. Ondan sonrakı, "bənövşəyi xətt"in altıncı stansiyası olan "B-6a" stansiyası Sahil bağının altında yerləşəcək. "B-6b" stansiyası isə "Azərbaycan Dəmir Yolları" QSC-nin keçmiş vaqon parkının yerində inşa ediləcək. "B-7" stansiyası metronun "Xətai" stansiyasına yaxın ərazidə, "B-8" isə Ağ şəhərin Babək prospektinə çıxış hissəsində olacaq".
M.Rzayev metronun "yaşıl xətti" üzrə inşa ediləcək yeni stansiyaların da yerləri barədə məlumat verib. O bildirib ki, "yaşıl xətt" üzrə inşa edilməsi nəzərdə tutulan "Y-14" stansiyası Ağ şəhər tərəfdə 8 Noyabr prospektində olacaq. "Y-15" "Neftbaza" adlandırılan ərazidə, "Y-16" stansiyası paytaxtın "Nargilə" dairəsi adlandırılan ərazidə, "Y-17" stansiyası isə "Həzi Aslanov-2" metro stansiyasıdır".
-
İdman02:44Hakim Messiyə sarı vərəqə belə göstərmədi... - FİFA-ya şikayət
-
Qoroskop01:40Günün ulduz falı: Gizli qalan bəzi məsələlər aydınlaşa bilər
-
Ekologiya00:27Bakıda bu həşəratlar çoxalır - Xəbərdarlıq
-
Region19 İyun 23:00İstanbulda metro qatarı relsdən çıxdı: yaralılar var - Yeniləndi
-
Səhiyyə19 İyun 21:26Daha bir nəfər rəqs edən həkimin qurbanı oldu - Video
-
Avropa19 İyun 21:00Trampla qalmaqal yaşayan Meloniyə Makrondan dəstək gəldi
-
Hadisə19 İyun 19:40Azərbaycan-Ermənistan sərhədində zəlzələ
-
Elm və təhsil19 İyun 18:50Qəbul imtahanlarında ən yüksək nəticə göstərən rayonlar

















.jpg)


















