Sosial
Suraxanıda genişmiqyaslı abadlıq və təmizlik işləri aparılır - FOTOLAR
Suraxanı rayonunda aparılan abadlıq və təmir-bərpa işləri çərçivəsində rayonun bütün qəsəbələrində genişmiqyaslı tədbirlər həyata keçirilir.
Publika.az xəbər verir ki, görülən işlərin əsas məqsədi ərazinin estetik görünüşünün yaxşılaşdırılması və sakinlər üçün daha rahat yaşayış mühitinin yaradılmasıdır.
Qeyd edilib ki, abadlıq tədbirləri çərçivəsində küçələrin ümumi görünüşünün yaxşılaşdırılması məqsədilə yolkənarında yerləşən qeyri-yaşayış obyektlərinin fasadları təmir olunur və ya yenidən qurulur. Qaraçuxur qəsəbəsi Əhməd Mehbalıyev küçəsində obyektlərin fasadı üzlənib, ərazidə küçənin ümumi görünüşünə xələl gətirən, mövcüd standartlara uyğun olmayan reklam konstruksiyaları sökülüb. Çoxmərtəbəli yaşayış binalarının fasadları rənglənib, məhəllələrdə təmizlik işləri aparılıb, ətraf hasarlar yuyularaq rənglənib.
Bundan əlavə küçə işıq dirəklərinin lampaları dəyişdirilir, dirəklər rənglənir , ağaclar yuyulur və budanır, onlara aqrotexniki qulluq göstərilir. Vətəndaşların maneəsiz gediş-gəlişinin təmin olunması üçün piyada səkiləri təmir olunaraq bordürlər düzülür.
Abadlıq tədbirlərinin həyata keçirilməsi üçün prosesə 470 nəfər işçi qüvvəsi və 20 ədəd texnika və xüsusi təyinatlı avtonəqliyyat vasitəsi cəlb olunmuşdur.
Eyni zamanda, Hövsan qəsəbəsinin girişindən başlayaraq uzunluğu 1,8 km olan Oqtay Şabanov və Rasim Şahsuvarov küçələri boyunca abadlıq işlərinə başlanılmışdır.
Qeyd edək ki, Suraxanı rayonu ərazisində abadlıq, təmizlik və yenidənqurma işlərinin gələcəkdədə davam etdirilməsi nəzərdə tutulur.






-
İdman01:11Çempionluğu qeyd etməyə “Çırpınırdı Qara dəniz”lə çıxdı - VİDEO
-
Magazin100:15"Onun gələcəkdə hansı fəsadlar yaradacağı bəlli deyil"
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bir mesaj çox şeyi dəyişə bilər
-
Elm və təhsil17 May 23:3614 dəfə əməliyyat olunsa da, imtahandan yüksək bal topladı - VİDEO
-
İdman17 May 23:24Bu halını unudun - Döyüş üçün 1,5 ilə 45 kiloqram arıqladı
-
Magazin117 May 23:12"Xəzər" TV-də "Maşın" şou başlayır?
-
Dünya17 May 22:48Günəş yaxınlığında sirli asteroid kəşf edildi - Parçalanma gedir
-
Magazin117 May 22:008 illik evlilik Hazala görə bitdi?
































.jpg)


