Fövqəladə Hallar Nazirliyi tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirildi - FOTO
Bizi izləyin

Sosial

Fövqəladə Hallar Nazirliyi tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirildi - FOTO

Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.

Nazirlikdən Publika.az-a verilən xəbərə görə, FHN-in Dövlət Yanğın Nəzarəti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin mütəxəssislərinin də iştirakı ilə Bakı Regional Mərkəzi (RM) tərəfindən Bakı şəhəri, Suraxanı rayon 278 nömrəli, Nərimanov rayon 45 və 207 nömrəli, Binəqədi rayon 30 nömrəli tam orta məktəblərində, Yasamal rayonunda yerləşən Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyində və Binəqədi rayonunda yerləşən Bakı şəhəri üzrə Təhsil İdarəsinin 1 saylı Xidmət və əməliyyat mərkəzində, Sumqayıt RM tərəfindən Abşeron rayonu, Masazır kənd 4 nömrəli tam orta ümumtəhsil məktəbində, Sumqayıt şəhər 62 nömrəli körpələr evi-uşaq bağçasında, Abşeron Rayon İcra Hakimiyyəti başçısının Novxanı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində və Abşeron rayonu, Qobu qəsəbə 1 nömrəli tam orta ümumtəhsil məktəbində, Gəncə RM tərəfindən Gəncə İdman Sarayında, “Xəmsə Park” ticarət mərkəzində və “Premium Hotel Gəncə”də, Şimal-qərb RM tərəfindən Qəbələ rayonu, F.Həmidov adına Mıxlıqovanq və Kötüklü kənd tam orta məktəblərində, Şəki şəhər Ə.Abdullayev adına 21 və 10 nömrəli tam orta məktəblərində, Muğan RM tərəfindən Biləsuvar rayon 4 nömrəli və Salyan rayonu, Arbatan kənd tam orta ümumtəhsil məktəblərində, Aran RM tərəfindən Göyçay rayonu, Aşağı Qaraməryəm kənd tam orta məktəbində, Yevlax Rayon İcra Hakimiyyəti başçısının Havarlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin inzibati binasında işləməyən əhali üçün və Mingəçevir şəhəri 20 nömrəli tam orta məktəbində, Cənub RM tərəfindən Lənkəran rayonu, N.Axundov adına Boladi kənd 1 nömrəli tam orta məktəbində və Şimal RM tərəfindən Şabran rayonu, Əmirxanlı kənd tam orta məktəbində maarifləndirmə tədbirləri keçirilib.

Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.

Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğın və zəlzələ ilə bağlı zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.

İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm