Sosial
Sosial şəbəkələrdə bahalı hədiyyə trendi - Sevgi, yoxsa göstəriş?
Sosial şəbəkələrdə bayram günlərində, xüsusilə də gənclərin sevdiklərinə verdikləri hədiyyələrin nümayiş etdirilməsi ilə bağlı paylaşımlar diqqət çəkir. Bahalı gül dəstələri, telefonlar, brend ətirlər və digər lüks hədiyyələr tez-tez paylaşılır. İlk baxışdan romantik görünən bu paylaşımlar əslində cəmiyyət daxilində müəyyən psixoloji və sosial təsirlərə səbəb olur.
Bu cür görüntülər bəzi gənclərdə münasibətlərin dəyərinin maddi göstəricilərlə ölçüldüyü düşüncəsini yaradır. Nəticədə diqqət, hörmət və emosional bağlılıq kimi əsas amillər arxa plana keçir.
Müşahidələr göstərir ki, bu cür paylaşımlar bəzi ailələrdə münaqişə və narazılıq yaradır. Sosial şəbəkədə gördükləri ilə öz həyatlarını müqayisə edən insanlar bəzən münasibətlərdə gərginlik yaşayır. Hətta sırf bu səbəbdən boşanma halları da baş verir.
Maraqlıdır, sosial şəbəkədə gördükləri ilə öz münasibətlərini müqayisə edən insanların psixologiyasında hansı problemlər yarana bilər? Valideynlər və cəmiyyət gənclərə münasibətlərdə əsas dəyərlərin maddiyyat olmadığını necə izah etməlidir?
Mövzu ilə bağlı klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov Publika.az-ın suallarını cavablandırdı.
O bildirdi ki, sosial şəbəkələr çox vaxt insanlara real həyatı deyil, xüsusi seçilmiş və hazırlanmış anları göstərir:
“İnsanlar həyatlarının ən gözəl və diqqət çəkən tərəflərini paylaşır. Bu isə sanki hamının xoşbəxt və imkanlı olduğu kimi yanlış təsəvvür yaradır. Nəticədə bəzi insanlar bu görüntüləri reallıq kimi qəbul edir, öz münasibətlərini başqalarının paylaşımları ilə müqayisə etməyə başlayır.
Belə müqayisələr insan psixologiyasına mənfi təsir göstərə bilər. İnsan öz həyatını başqalarının “ideal” kimi təqdim olunan həyatı ilə tutuşdurduqda özgüvəni zəifləyir. Narazılıq, dəyərsizlik hissi, bəzən də depressiv hallar ortaya çıxır. Münasibətlərdə diqqət, hörmət, emosional bağlılıq kimi əsas dəyərlər arxa plana keçir. Maddi göstəricilər ön plana çıxır. Bu da tərəflər arasında gərginlik və anlaşılmazlıq yaradır”.

R.Nəcəfov onu da qeyd etdi ki, valideynlər və cəmiyyət gənclərə münasibətlərin dəyərinin maddi imkanlarla ölçülmədiyini izah etməlidir:
“Pul insan həyatında sadəcə vasitədir, məqsəd deyil. Münasibətləri möhkəmləndirən əsas amillər qarşılıqlı hörmət, etibar, diqqət və emosional bağlılıqdır.
Gənclərə tənqidi düşünməyi öyrətmək vacibdir. Sosial şəbəkələrdə görünən həyatın həmişə reallığı əks etdirmədiyini anlamaq lazımdır. Ailədə düzgün dəyərlər sistemi formalaşdırılmalıdır. Xoşbəxtliyin dəbdəbədə deyil, sağlam münasibətlərdə və mənəvi harmoniyada olduğu gənclərə aşılanmalıdır. Maddiyyata həddindən artıq məna yükləmək insanın həyatını çətinləşdirə bilər. Buna görə də cəmiyyət gənclərə balanslı düşünməyi, münasibətlərdə əsas olanın insanlıq və anlayış olduğunu göstərməlidir”.
Gülnar Süleymanova
-
Maraq dünyası13:40Maskın 78 yaşlı anası qarajda yatır: Başının üstündəki dama şükür edir - FOTO
-
ABŞ12:10Trampın sərvəti açıqlandı: Görün əsas gəlir mənbəyi nədir
-
Nida Xəbər 11:55Gürcüstanda əsgərlik şərtləri: 6 ay xidmət, 560 dollar maaş və...
-
Rəsmi xronika11:38İlham Əliyev bu şəxsləri "Tərəqqi" medalı ilə təltif etdi - SİYAHI
-
Dünya09:48Türk iş adamının təyyarəsinin qalıqları tapıldı - Dağın yamacına çırpılıb
-
ABŞ09:12Jurnalistləri aparan helikopter qəzaya uğradı: Ölənlər var - Anbaan VİDEO
-
Nida Xəbər 09:00Hikmət Hacıyev Ərəb Media Forumunda iştirak etdi - FOTO
-
Sosial07:47Balqabağın elə faydaları üzə çıxdı ki...


































.jpg)


