Sosial
Suraxanı rayonunda yeni salınan park sakinlərin istifadəsinə verildi - Foto
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Suraxanı rayonu, Əmircan qəsəbəsində salınan yeni park martın 19-da bayramlar ərəfəsində sakinlərin istifadəsinə verilib.
Publika.az xəbər verir ki, Parkın açılışı münasibətilə təşkil olunan tədbir əsl bayram abu-havasında keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, Milli Məclisin deputatı Afət Həsənova, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, RİHB-nin müavinləri, şəhid ailələri, qazilər, idarə, müəssisə və təşkilatların nümayəndələri, rayon ictimaiyyəti iştirak ediblər.
Novruz ənənələrini əks etdirən tədbirdə qəsəbə nümayədəliklərinin və bələdiyyələrin, Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, məktəbəqədər, tam orta ümumtəhsil və mədəniyyət müəssisələrinin kollektivləri tərəfindən qurulan rəngarəng Novruz guşələri milli adət-ənənələrimizi, qədim bayram mədəniyyətimizi əyani şəkildə nümayiş etdirib.
Qeyd edək ki, park ərazisində 1500 metr uzunluğunda səki, 3000 kv.m asfalt örtüyü və 350 kv.m beton örtüyü salınmışdır. Parkda uşaqlar üçün əyləncə zonası yaradılmış, 11 ədəd idman qurğusu quraşdırılmışdır. Sakinlərin istirahətinin təşkili məqsədilə 3 ədəd söhbətgah, 30 ədəd oturacaq və 30 ədəd tullantı qabı yerləşdirilmişdir.
Həmçinin, parkın ərazisində estetik görünüşün artırılması məqsədilə dekorativ heyvan fiqurları quraşdırılmışdır. Bundan əlavə, 2500 kv.m sahədə yaşıllıq örtüyü salınmış, 600 ədəd Eldar şamı, sərv və akasiya ağacları, eləcə də 300 ədəd müxtəlif növ kol bitkiləri əkilmişdir.
-
İqtisadi gündəm06:46Dollarla bağlı vəziyyət kəskin dəyişdi - Hər kəs bu valyutaya keçir
-
Magazin106:16Çelikdən Hüseyn Məmmədoğluna sərt reaksiya: Qısqanırsan!
-
Nida Xəbər 04:30Gürcüstan DTX-nin 62 səhifəlik sənədində Azərbaycan...
-
İdman03:44Messi aldı, La Liqa klublarını ötməyə başladılar
-
Region03:18Türkiyədə şəxsi silah əldə etmək məhdudlaşdırılacaq
-
Qoroskop01:40Günün ulduz falı: diqqətsizlik itkiyə səbəb olacaq
-
Nida Xəbər 20 Aprel 23:00Sumqayıtda işdən çıxarılan baş memarın yerinə yeni təyinat
-
Hadisə20 Aprel 22:32Ağcabədidə ağır qəza - Ölən və yaralananlar var











.jpg)


.jpg)


















