Sosial
FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət etdi
Novruz şənliklərinin təşkili dövründə yanğın təhlükəsizliyinin təmin edilməsi, o cümlədən tonqalların yandırılması qaydalarına dair Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, təəssüflə qeyd edilməlidir ki, bəzi vətəndaşlar tərəfindən qaydalara əməl olunmaması nəticəsində arzuolunmaz hallar qeydə alınmaqdadır.
Publika.az xəbər verir ki, bu barədə FHN-nin yaydığı məlumatda deyilir.
Belə ki, tonqalların yandırılması zamanı oduncaq kütləsinin həcmi və hündürlüyünün düzgün seçilməməsi, tonqalın bina və qurğulara təhlükəli məsafədə yerləşdirilməsi, həmçinin benzin və digər tezalışan, partlayış təhlükəli mayelərdən istifadə olunması kimi kobud pozuntulara yol verilir ki, nəticədə insanların həyat və sağlamlığına, əmlaka və ətraf mühitə ciddi ziyan vuran yanğın-partlayış hadisələrinin baş verməsi qeydə alınır.
Bildiririk ki, yanğın təhlükəsizliyi qaydalarının pozulması Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq məsuliyyət yaradır və bu hallara yol verən şəxslər barəsində müvafiq inzibati tədbirlər görülür.
Yuxarıda qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi əhaliyə növbəti dəfə müraciət edərək Novruzla bağlı mərasimlərdə, o cümlədən bayram tonqallarının yandırılması zamanı yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə çağırır.
-
Magazin103:43Leyla Quliyevanın 16 yaşlı qızı - FOTO
-
Qoroskop00:30Ronaldonun komandası Çempionlar Liqasını qazana bilmədi
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu, vütün buzları əridə bilər
-
Sağlamlıq16 May 23:36Nazilə gəlini haqqında görün nələr deyib
-
Magazin216 May 23:00“Avroviziya-2026”nın finalı başladı - CANLI
-
Magazin216 May 22:48Məşhur aktyorun sevgilisi çimərlik geyimində pozalar verdi - FOTO
-
Magazin216 May 22:36"Avroviziya-2026" - Finalda 25 ölkə mübarizə aparacaq
-
Avropa16 May 22:00Dünyanın ən yaşlı iti öldü

































.jpg)



