Sosial
“Rehabus” layihəsi üzrə əlilliyi olan 3 minədək uşağa xidmət göstərilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin “RehaBus” (Reabilitasiya avtobusu) layihəsi çərçivəsində ötən dövrdə əlilliyi olan 3 minədək uşağa xidmət göstərilib.
Publika.az xəbər verir ki, 2022-ci ildən Bakı şəhərində icrasına başlanılan layihə ötən aydan Gəncə şəhərində də reallaşdırılır.
Layihə ambulator reabilitasiya xidmətlərinə cəlb edilən əlilliyi olan uşaqların reabilitasiya müəssisələrinə asan, rahat şəkildə çatmasına xidmət edir.
Reabilitasiya avtobusları Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunda yaşayan əlilliyi olan uşaqları paytaxtdakı 2 saylı Uşaq Reabilitasiya Mərkəzinə, Gəncədə yaşayan əlilliyi olan uşaqları isə Şəmkirdəki Uşaq Reabilitasiya Mərkəzinə çatdırır.
Uşaqları müşayiət edən yaxınları da onlarla birgə bu xidmətlə əhatə olunurlar.
Reabilitasiya proseduru bitdikdən sonra isə uşaqlar yenidən geri qaytarılırlar.
-
Magazin116:10Aygün Kazımova: "Özüm yetim olsam da..."
-
Magazin115:25Aparıcı pis rəy yazanları paylaşdı - FOTO
-
Qarabağ 15:17Xocalıya qayıdan 10 övladı olan gənc ailə - FOTO
-
Magazin215:00Stetxemin sevgilisi dekolteli geyimi ilə gündəm oldu - FOTO
-
Sosial13:34“Borcla yaşamaq” dövrü bitir: Vətəndaşlar indi bu bank kartına üstünlük verirlər
-
Nəqliyyat12:54Azərbaycana bu avtomobillərin idxalı kəskin azalıb: Səbəbi nədir?
-
MDB11:52Bu şəhərdə dəhşətli küçə döyüşləri gedir
-
Səhiyyə11:44Afiyəddin İsgəndərova yüksək vəzifə verildi - FOTO

















.jpg)
















.jpg)



