Sosial
“Yaranmış vəziyyət İran üçün böyük bir şansdır” - Qüdrət Həsənquliyev
Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev İranla ABŞ arasında əldə olunan iki həftəlik atəşkəslə bağlı partiyanın mətbuat xidmətinin sorğusunu cavablandırıb.
Publika.az müsahibəni təqdim edir:
- Qüdrət bəy, Pakistanın vasitəçiliyi ilə İranla ABŞ arasında iki həftəlik atəşkəsin əldə olunması haqqındakı razılaşmaya münasibətinizi bilmək istərdik...
- Bütün sivil dünya böyük həyəcanla hadisələrin gedişini izləyirdi.Tramp hədələrini gerçəkləşdirib İranın energetika sisteminə zərbə endirsəydi, bu, XXI əsrin ən böyük humantar fəlakətinə yol açacaqdı.
Biz həmişə münaqişənin diplomatik yolla həllinin tərəfdarı olmuşuq. Pakistana və Çinə atəşkəsin əldə olunmasına verdikləri töhfəyə görə hər kəs minnətdar olmalıdır. Yaranmış vəziyyət İran üçün böyük bir şansdır ki, İsrail və ABŞ ilə barışsın, yarım əsrlik düşmənçiliyə son qoyulsun, regiona davamlı sülh gəlsin, İrana tətbiq olunmuş sanksiyalar aradan qaldırılsın. İran münbit torpaqlara və böyük təbii sərvətlərə malik ölkədir. Əgər daxildə islahatlar aparılsa, ölkənin gəlirləri silahlanmaya və xaricdə proksi silahlı qüvvələrin saxlanmasına yox, iqtisadiyyata və sosial problemlərin həllinə yönəldilsə, korrupsiyaya qarşı mübarizə gücləndirilsə, iqtisadiyyatda proteksionizmə son qoyulsa, real rəqabət mühiti yaradılsa, qanunun aliliyi təmin edilsə, daxili azadlıqlar genişləndirilsə, İran qısa dövr ərzində regionun və bəlkə də dünyanın ən azad və güclü dövlətlərindən birinə çevriləcək. Ümid edək ki, sülh səyləri müsbət nəticələr verəcək, İranın yeni rəhbərliyinin aparacağı islahatların nəticəsi olaraq, İran dünyanın ən sivil, sülhpərvər ölkələrindən birinə çevriləcək.
-
Səhiyyə05:15Tibb müəssiəsələri ilə bağlı qərar verildi - Məcburi olaraq...
-
ABŞ02:00Tramp İrana qarşı nüvə silahından istifadə etmək istəyir
-
Dünya01:50ABŞ qüvvələri İrandakı hədəflərə zərbələr endirir - CENTCOM
-
Dünya01:31İranda partlayış səsləri eşidildi - ABŞ zərbələrə başladı?
-
Qoroskop01:20Günün ulduz falı: uzunmüddətli səyahətlər gündəminizə gələ bilər
-
Hadisə10 İyun 23:55Gəncədə kütləvi dava - Xəsarət alanlar var
-
ABŞ10 İyun 21:51Bu gün İranı yenidən sərt şəkildə vuracağıq - Tramp elan etdi
-
Art10 İyun 21:00"Yaşıl Teatr" və Bələdiyyə Teatrı meriyadan alındı









.jpg)
























