Sosial
FHN-in Muğan Regional Mərkəzi seminar-müşavirə keçirdi
Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi tərəfindən Saatlı Rayon İcra Hakimiyyətində “Regional mərkəzin xidməti ərazisində Nazirliyin struktur bölmələri və müvafiq icra hakimiyyəti orqanları ilə birlikdə fövqəladə hallarla mübarizə” mövzusunda seminar-müşavirə keçirilib.
Nazirlikdən Publika.az-a verilən xəbərə görə, tədbirdə FHN Muğan Regional Mərkəzinin, Nazirliyin regionda fəaliyyət göstərən digər qurumlarının əməkdaşları, İcra Hakimiyyətinin məsul işçiləri, rayon Fövqəladə Hallar Komissiyasının üzvləri, inzibati ərazi dairəsi üzrə nümayəndələr, bələdiyyələrin, aidiyyəti idarə və təşkilatların rəhbərləri iştirak ediblər.
Seminar-müşavirənin keçirilməsində məqsəd fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, qəza-xilasetmə və digər təxirəsalınmaz təbirlərin həyata keçirilməsi zamanı yerli icra və özünüidarəetmə orqanları, digər aidiyyəti qurumlarla FHN-in regionda fəaliyyət göstərən strukturları arasında qarşılıqlı fəaliyyətin təşkilinin mövcud vəziyyətinin öyrənilməsi, görülmüş işlər, problemlər və onların həlli yollarının müzakirəsi olub.
Tədbirdə müzakirə olunan mövzunun əhəmiyyətindən danışılıb, FHN-in Muğan Regional Mərkəzi ilə rayonda fəaliyyət göstərən idarə və müəssisələr arasında razılaşdırılmış qarşılıqlı fəaliyyət planlarının təhlili aparılıb.
Seminar-müşavirədə Mərkəzin əməkdaşları tərəfindən rayonda müxtəlif vaxtlarda keçirilmiş monitorinqlərin nəticələrindən bəhs edən fotoslaydlar nümayiş olunub.
Sonda tədbir iştirakçılarının təklifləri dinlənilib, suallar cavablandırılıb.
-
Səhiyyə05:15Tibb müəssiəsələri ilə bağlı qərar verildi - Məcburi olaraq...
-
ABŞ02:00Tramp İrana qarşı nüvə silahından istifadə etmək istəyir
-
Dünya01:50ABŞ qüvvələri İrandakı hədəflərə zərbələr endirir - CENTCOM
-
Dünya01:31İranda partlayış səsləri eşidildi - ABŞ zərbələrə başladı?
-
Qoroskop01:20Günün ulduz falı: uzunmüddətli səyahətlər gündəminizə gələ bilər
-
Hadisə10 İyun 23:55Gəncədə kütləvi dava - Xəsarət alanlar var
-
ABŞ10 İyun 21:51Bu gün İranı yenidən sərt şəkildə vuracağıq - Tramp elan etdi
-
Art10 İyun 21:00"Yaşıl Teatr" və Bələdiyyə Teatrı meriyadan alındı









.jpg)
























